DAHA BİR DİNDAR AZADLIQDA
Tarix: 17-01-2013, 11:05 |
Çap et
İLQAR ƏLİYEV CƏZASININ TAMAMINI ÇƏKİBCəlilabadlı ruhani İlqar Əliyev azadlığa çıxıb.
SalamNews-un islam-azeri.az saytına istinadən verdiyi xəbərə görə, Bakıdan ruhaninin görüşünə gedənlər Bibiheybət ziyartgahından birgə çıxacaqlar
İslamazeri.az-a ailəsindən verilən xəbərə görə, Hacı İlqar Əliyev həbsdən buraxılıb və o, indi evindədir. Onunla görüşə gedən ruhanilər və dindarlar günorta namazını Hacı İlqar Əliyevlə birgə Cəlilabadda, Göytəpə məscidində qılacaqlar.
Xatırladaq ki, Hacı İlqar Əliyev bu ilin fevral ayında tutulub və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ittiham olunub. Ruhani özü həbsini bu ilin mayında Bakıda keçirilmiş “Avroviziya 2012” mahnı yarışmasına etiraz etməsi ilə bağlayır.