Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                 

SABİR RÜSTƏMXANLIDAN SƏRT İTTİHAMLAR
Tarix: 18-01-2013, 10:32 | Çap et
SABİR RÜSTƏMXANLIDAN SƏRT İTTİHAMLAR

“Bəzi dostlarımız özlərini radikal kimi göstərə-göstərə, rahat şəkildə ermənilərlə söhbət edə bilirlər. Məndə bununla bağlı kifayət qədər material var”

Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlının APA-ya müsahibəsi

- Vətəndaş Həmrəyliyi Partiyasında seçki ab-havası niyə hiss olunmur?

- Bizim hələ fəallığımız yoxdur. Bunun müəyyən səbəbləri var və bir qədər də səhhətimlə əlaqədar ölkədə olmamağımla bağlıdır. Eyni zamanda təkcə biz deyil, digər partiyalar da hələ fəallıq nümayiş etdirmirlər. Digər tərəfdən, müxalifət düşərgəsində bir qeyri-müəyyənlik hökm sürür. Əvvəlki illərdə olduğu kimi, qarışıq şəkildə hər partiya öz namizədini irəli sürür. Yalnız seçkilərdə iştirak etmək xətrinə, seçkilərə getməyin xeyri yoxdur. Müxalifət qüvvələri hakimiyyətdə səmimi dəyişikliyin olmasını istəyirlərsə, bunu açıq-aydın deməli, partiya iddialarını kənara qoyaraq bir araya gəlməlidirlər və ortaq məxrəc tapılmalıdır. Bəlkə də ənənəvi, illər uzunu özünü sınamış, amma heç nəyə nail olmayan adamlardan imtina edib, tamamilə yeni qüvvələr və adlarla ortaya çıxmaq daha düzgün ola bilər. Hər halda, bütün variantlar müzakirə olunmalıdır. Biz belə bir müzakirə olmadığına görə bir az da gözləmə mövqeyi tuturuq. Partiyanın öz içində də hələ bir qərara gəlməmişik. Yəqin ki, yaxın vaxtlarda müzakirələri aparacağıq.

- Amma Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri artıq seçkilərə öz mövqeyini açıqlayan müxalifət partiyalarının bir qrupunu özündə birləşdirən İctimai Palatada təmsil olunurlar. Yeri gəlmişkən, siyasi düşərgədə bu məqam bir qədər fərqli şərhlərlə təhlil olunur...

- Əvvəlcə onu deyim ki, biz vətəndaş cəmiyyəti uğrunda mübarizə aparırıq. Ölkədə vətəndaş cəmiyyətinin formalaşmasına və inkişafına yönələn bütün qurumların olmasından narahatlıq keçirmirəm, əksinə, buna yaxşı baxıram. Amma bir şərtlə ki, onlar ideya və məqsəd ətrafında birləşə bilsinlər. Xüsusən seçkilər dövründə belə qurumlar bir araya gəlməlidirlər. Təəssüf ki, bizdə şəxsi iddialar siyasi partiyaların bir araya gəlməsinə mane olur. Konkret İctimai Palataya gəldikdə isə ilk günlər bu qurumun son dərəcə böyük həyəcanla yaradıldığının şahidi oldum. Az qala bu qurum bütün ölkəni əhatə edə bilmişdi. Hətta belə bir təsəvvür yaratmağa çalışdı ki, İctimai Palata alternativ bir parlamentə çevriləcək. Təəssüf ki, bunu bacarmadıq. Artıq həmin coşqunluq gedib, amma İctimai Palata öz fəaliyyətini davam etdirir. Mən seçkilərə qatılmış, haqsızlıq görmüş, səsləri əlindən alınmış namizədlərimizin İctimai Palataya gedən yolunu kəsə bilməzdim. Bu mənada bu məsələdə bizdə bir ziddiyyət yoxdur.

Ümumiyyətlə, Azərbaycan cəmiyyətini düşmən qütblərə ayırmağın tərəfdarı deyiləm. Mən iqtidar partiyalarının keçirdiyi tədbirə də qatılıram, sözümü deyirəm, müxalifət düşərgəsində də öz sözümü bildirirəm. Yəni bütün hallarda bizim İctimai Palataya qatılmağımız normal qəbul olunmalıdır. İctimai Palatanın daxilində baş verən cari prosesləri izləyə bilmirəm. Amma hər halda, gənclərin və bu prosesə qatılan insanların siyasi cəhətdən yetkinləşməsində İctimai Palatanın rolu oldu. Bu da mühüm bir məsələdir.

- Belə olan təqdirdə, müxalifətin seçkidə hansı formatda iştirakının tərəfdarısınız?

- Əvvəlcə onu deyim ki, partiyaların ayrı-ayrılıqda seçkilərdə namizədlə iştirakının heç bir nəticəsi olmayacaq. Ümummüxalifət hərəkatı bizim arzumuz olsa da, bunun da yaranması real görünmür. Açığını deyim ki, bu hərəkatın yaranmasına mane olan həmişə AXCP və Müsavat Partiyası olub. Yəni bu partiyaların ikisinin bir araya gələ bilməməsi həmişə birlik istəklərini reallaşdırmağa imkan verməyib. Vaxtilə Demkonqresin, SİDSUH-un və digər qurumların dağılmasında da onlar rol oynayıb. AXCP ilə Müsavatın qarşılıqlı ittihamları və bir-birini qəbul etməməsi həmişə müxalifət düşərgəsində ciddi parçalayıcı amil olub. Etiraf etməliyik ki, seçkidə müxalifət düşərgəsinin bir yerdə olması həlledicidir. Amma bununla yanaşı, seçkini təqdim olunan namizədin xalq arasındakı nüfuzu da udur. Bu mənada hansısa partiyadan daha çox, namizədin kimliyi də vacibdir. Təəssüf ki, indiyə qədər müxalifət daxilində aparılan mübarizələr, bu düşərgədə üzdə olan adamlarımız əsassız yazılarla, ittihamlarla çirkləndirilib. İqtidarın vurmadığı ziyanı özümüz-özümüzə vurmuşuq. İstənilən halda müxalifət daxilindəki mübarizələr hakimiyyətə istədiyini etməyə şərait yaradır. Seçki mühitinin dəyişdirilməsi üçün bu günə qədər istənilən addım atılmayıb. Bundan sonra atacağımız addımlar isə seçkiyə qədər bir nəticə verməyəcək.

- Bəlkə vahid namizədin müəyyənləşməsi ilə müxalifətin birliyinə nail olmaq olar?

- Azərbaycanda vahid namizədin müəyyənləşməsi mümkün deyil. Partiyaların içində gedən proseslər, onların bir-biri ilə münasibətləri bu məsələdə ümidsizlik yaradır.

- Bəs sizin seçkidə namizədliyinizin irəli sürülməsinə mane olan məqam nədir?

- Bu gün ortada olan və namizədliyini irəli sürmək istəyən adamların içərisində ədalətlilik, təcrübə, milli ideyalara bağlılıq, müxtəlif qüvvələri bir araya gətirmək baxımından özümü şanslı namizədlərdən biri hesab edirəm. Ən çətin illərdə həm xalq hərəkatında, həm də nazir kimi fəaliyyət göstərmişəm. Namizədliyimi verməməyim mübarizədən çəkilməyim, yaxud özümü o yerə layiq görməməyim, yaşımla bağlı keçirdiyim narahatlıqla bağlı deyil. Sadəcə, seçkinin obyektiv keçiriləcəyinə və səslərin obyektiv sayılacağına inamım olmadığım üçün bu işə qüvvə sərf etmək istəmirəm. Açığı, prezident olmağın Azərbaycan kimi ölkələrdə başqa çətinlikləri də var ki, bunu sadalamağa ehtiyac yoxdur.

- “Vətəndaş Həmrəyliyi Partiyası yetərincə müxalifət mövqeyindən çıxış etmir” fikrinə münasibətinizi bilmək istərdik. Belə fikirlərə həm mətbuatda, həm də bəzi partiyaların kuluarlarında tez-tez rast gəlirik...

- Onlar “Vətəndaş Həmrəyliyi Partiyası bizim düşərgə ilə bir deyil” deməklə aramıza uçurum salıblar. Bu uçurumu mən yaratmamışam. Özünü radikal hesab edən müxalifətçilər hələ meydanlarda olmayanda, mən meydanlarda idim, onlar hələ qəzeti nə olduğunu bilməyəndə, mən qəzet nəşr etdirirdim. Bu insanlar Qarabağı tanımayanda, mən o bölgəni qarış-qarış gəzmişəm və Qarabağ Xalq Yardımı Komitəsinin yaradıcılarından olmuşam, “Qarabağın səsi” qəzetini nəşr etdirmişəm, parlamentdə “Müstəqil Azərbaycan” deputat qrupunun həmsədri olmuşam, illər uzunu Milli Məclisdə öz sözümü demişəm, Azərbaycanda iki müxalifət qəzetini təsis etmişəm. “Azərbaycan” qəzetinin fəaliyyətini bərpa etmişəm. Müstəqil qəzetçiliyin də təməlini qoyanlardan biriyəm. Mətbuat naziri işləyəndə də mövqeyimi saxlamışam. Bununla yanaşı, müxalifətdə olan bütün blok və birliklərin yaradıcılarından biri olmaqla bərabər, həmin qruplardan sədaqətlə sona qədər fəaliyyət göstərmişəm. Dostlarımı atıb Londonda yeni bir ittifaqın yaradılması üçün danışıqlar aparmamışam. Bu gün də partiyamız özünü ən radikal sayan qrupun - İctimai Palatanın işində fəaliyyət göstərir. Onda bunların istəyi nədir? Doğrudur, mən söyüş, reallıqları görməməyi bacarmıram. Yəni xəyallarla yaşayan adam deyiləm. Amma təəssüf ki, özünü radikal sayanlar ancaq hakimiyyətə gəlmək məsələsində bu mövqedədirlər. Həmin qurumların Qarabağ münaqişəsi ilə bağlı konkret proqramları da yoxdur. Hətta bəzi dostlarımız özlərini radikal kimi təqdim edə-edə rahat şəkildə azərbaycanlılara qarşı terror edən ermənilərlə söhbət edə bilirlər. Məndə bununla bağlı kifayət qədər materiallar var. Onda nədən söhbət gedir? Vətəndaş Həmrəyliyi Partiyası öz siyasi xəttinə uyğun fəaliyyət göstərir. Biz doğrudan da ölkədə həmrəyliyin və milli birliyin tərəfdarıyıq. İstəyirik ki, ölkədə heç bir məsələyə radikal yanaşma olmasın. Radikallıq nəyisə kökündən qoparıb atmaq, yerinə başqasını tikməkdir. Məncə, bir ağac varsa, onu böyütmək lazımdır. Cəmiyyət inqilablarla dəyişə bilməz. Bundan başqa, mitinq və aksiyalarda bizim partiyanın gəncləri heç kimdən geri qalmayıb. Milli birlik məsələsi ilə bağlı nə proses olub, biz orada olmuşuq. Ona görə də bu söhbəti əsassız hesab edirəm. Məncə, bu fikirlər birliyə ziyan vurmaq məqsədi daşıyır. Məni kiçiltməyə çalışmaqla nə əldə edəcəklər? Heç kim bizi kiçiltməklə böyüyə bilməz.

- Amma partiyanızın üzvlərindən bəziləri müxalifətin, əsasən də AXCP-nin tədbirlərində həm fəal iştirak edir, həm də sosial şəbəkələrdə onları dəstəkləyən fikirlər səsləndirirlər. Bunun Vətəndaş Həmrəyliyi Partiyasında fikir ayrılığının yarandığı kimi dəyərləndirənlər də var...

- Bizim partiyada AXCP-ni və ya hansısa partiya və qrupu dəstəkləyən nə qruplaşma, nə də şəxslər var. Sadəcə, bizim partiyada ölkədə gedən prosesləri izləyən, demokratikləşmə və Azərbaycanda normal cəmiyyətin qurulması uğrunda mübarizə aparan gənclər və partiya üzvləri var. Onların da partiyada olması mənim və təşkilatımızın siyasi xətti ilə bağlıdır. Həmin partiya üzvlərimizin də bu kimi fəaliyyətinin arxasında heç bir alt niyyət yoxdur. Bu, başqa cür yozula da bilməz. Vətəndaş Həmrəyliyi Partiyası demokratik qurumdur, partiyanın daxilində müxtəlif cür düşünən insanlar var. Amma onların bu fikirlərdə olması təşkilatın içində qruplaşmaya səbəb olmayıb. Xəttimizi bəyənənlər yanımızdadır, qəbul etməyənlər isə çıxıb gedir. Qoy, getsinlər. Bu normal bir prosesdir. Bəzən isə bu gedişlərə də rəng verməyə çalışırlar. Guya Sabir Rüstəmxanlının dostları İctimai Palataya tapşırıqla gediblər ki, lazım olanda bu qurumdan çıxaraq, orada bölücülük işi aparsınlar. Bu, ağılsız bir düşüncədir. İctimai Palatanın Koordinasiya Şurasının üzvü olan Rafiq Manaflı bizim partiyanın Məclisinin sədridir. Onun İctimai Palatada təmsil olunmasına normal baxmışam. Yəni biz o xəyanət yolu tutmağı bacarmırıq. Belə fikri söyləyənlər öz təcrübələrindən çıxış edirlər. Partiyamızda heç bir fikir ayrılığı da yoxdur. Sadəcə, mən normal cəmiyyət arzusunda olan bir şəxs kimi partiyanı diktatura yuvasına çevirə bilmərəm. Partiyada hamı mənim kimi düşünə bilməz. Sevinərəm ki, mənim fikrimə əsaslanmış şəkildə etiraz edənlər olsun. Bizim partiyada normal bir birlik var. Bəzən deyirlər ki, partiya Sabir Rüstəmxanlının nəzarətindən çıxıb. Əksinə, bizim partiyada nə qədər çox müstəqil düşüncə sahibi olacaqsa, bir o qədər çox partiya mənim nəzarətimdə olacaq.

- Bir müddət əvvəl Vətəndaş Həmrəyliyi Partiyasının təsis olunması üzrə Təşkilat Komitəsinin üzvlərindən olan Bəhmən Sultanlının partiyanın sıralarından çıxarıldığı haqda rəhbərlik etdiyiniz qurum tərəfindən məlumat yayıldı. Sonradan Bəhmən Sultanlı mətbuata verdiyi açıqlamada Sizin, partiyanın rəhbərliyində təmsil olunan şəxslərin, o cümlədən Mərkəzi Seçki Komissiyasında partiyanızın nümayəndəsi olan Almaz Qəhrəmanlının ünvanına bəzi ittihamlar səsləndirdi...

- Bilirsiniz, Bəhmən Sultanlı yaşlı insandır. O, hansısa ölkələrin birində xəstə olsaydı, aramızda nə qədər narazılıq olsaydı da, mən onun ünvanına o məzmunda məktub yazmazdım. Onunla söhbət etməmiş bəyanatlar verməzdim və açıq məktub yazmazdım. Məni Bəhmən Sultanlı ilə mərhum alimimiz Xudu Məmmədov tanış etmişdi. Onunla bağlı söhbət olanda Xudu Məmmədovu xatırlayıram. Ona görə də Bəhmən müəllimin dediklərini burada təkzib etməyə vaxt sərf etmək istəmirəm. Partiyanın funksionerləri ona cavab veriblər. Əslində mən o cavablardan da narazıyam. Yaşlı insandır və onun haqqında sərt ifadələrin işlənməsinə lüzum yox idi. Qarşılıqlı hörmət qorunmalıdır. Lakin Bəhmən müəllimin dedikləri də doğru deyil. Onun Almaz Qəhrəmanlı, Anar Niftəliyev, Samir Əsədli, Rafiq Manaflı və digər adını sadaladığı şəxslər haqda dedikləri səhvdir və lazımsız ittihamlardır. İkincisi, insan bir yerdən gedəndə ləyaqətlə getməlidir. Bir vaxtlar o, buradan gedərək başqa partiyalara üzv olmuşdu. Sonradan onu universitetdən də çıxartdılar. Yenidən onu partiyaya dəvət etdim. Zarafatla deyirdim ki, partiya tarixini yaz. Amma belə görürəm ki, humanizmim mənə problem yaradır. Lakin hesab edirəm ki, o özü haqda düşünməlidir. Fikirləşməlidir ki, bu xasiyyətlə cəmiyyət bir tərəfə, dostları arasında yaşamağı çətinləşər.

- Bir müddət əvvəl partiyanın sədri vəzifəsindən getmək niyyətinizi də açıqlamışdınız. Partiyanın növbəti qurultayında bu, baş verə bilərmi?

- Bu il bizim qurultay keçirilməlidir. Öz yerimə də bu yükü çəkə biləcək adam olsa, verib gedə bilərəm. Hətta prezident seçkilərində də öz namizədimiz olmasa, uğursuzluğa düçar olan ənənəvi namizədlərdənsə, o qədər də tanınmayan, güclü gənc namizədə dəstək verməyə hazıram.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru