AMERİKA İLƏ RUSİYA TOQQUŞUR
Tarix: 12-02-2013, 12:32 |
Çap et
DÜNYA NƏHƏNGLƏRİNİN ƏT DAVASIVaşinqton Rusiyanı ət idxalına qoyduğu qadağanı dərhal aradan qaldırmağa çağırıb. Rusiya belə bir qadağanı ABŞ-da istehsal olunan ət məhsullarına raktopamin əlavəsinin qatılması ilə əlaqələndirib.
ABŞ-ın Ticarət nümayəndəsi Ron Kirk və Kənd təsərrüfatı katibi Tom Vilsack Moskvanı Ümumdünya Ticarət Təşkilatı qarşısında götürdüyü öhdəliklərinə hörmət etməyə çağırıb.
Daha sonra bəyanatda bildirilir ki, ABŞ-da istehsal olunan ət «dünyada ən yüksək təhlükəsizlik standartlarına cavab verir».
Rusiyanın ət idxalı ilə bağlı qadağası bazar ertəsindən qüvvəyə minib. Rusiya bildirir ki, ABŞ-da istehsal olunan ət məhsullarının yağlılığının azaldılması üçün onlara raktopamin qatqısı əlavə olunur.
Bəzi ölkələrdə raktopaminin istifadəsi qadağan edilsə də, BMT-nin ərzaq standartları üzrə agentliyi bildirir ki, bu qatqının az miqdarda istifadəsi insan sağlamlığı üçün ziyansızdır. \ azadlıq radiosu \