ROMA PAPASI NƏDƏN İSTEFA VERDİ?
Tarix: 12-02-2013, 12:52 |
Çap et
O, KİMSƏYƏ ETİBAR EDƏ BİLMİRMİŞFaktXəbər-in "BBC"-ə istinadən verdiyi məlumata görə, Vatikan tarixində istefa verən ikinci Roma yepiskopu kimi tarixə düşən Papa 16-cı Benediktin istefası ilə bağlı yeni iddia irəli sürülüb. İddiaya görə, Roma Katolik Kilsəsinin başçısı Vatikanda çox vaxt tənha olub və heç kimə etibar edə bilməyib.
Qeyd edək ki, Vatikanın dövlət başçısı Almaniyadakı qohumları ilə ünsiyyətdə olduğu zaman da tez-tez heç kimə güvənə bilməməsindən şikayət edib. Əsl adı Yozef Alois Ratzinger olan Roma yepiskopunun heç kimə inanmaması Vatikanda rahiblər arasında mənəviyyat probleminin olduğunu göstərir.
Məlumat üçün bildirək ki, 2005-ci il aprelin 19-da çağırılmış konklavda 265-ci Roma Papası seçilmiş XVI Benedikt, mayın 7-də Müqəddəs Lateranlı İoann bazilikasının sahibi edilmişdir.