İSA QƏMBƏRİN ƏMLAKI SİYAHIYA ALINIR
Tarix: 19-02-2013, 11:46 |
Çap et
İCRAÇILAR BAŞQANIN EVİNDƏİsmayıllıya dəstək üçün Bakıda yanvarın 26-da keçirilən aksiya zamanı 2500 manat cərimələnən Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər Nəsimi rayon icra nümayəndələrinin bir azdan evlərində əmlak qeydiyyatının aparacaqlarını deyib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə Turqut Qəmbərt Facebook hesabında yazıb: “Nəsimi rayon məhkəmə icra şöbəsindən zəng vurmuşdular. Bir azdan bizim evdə olacaqlar”
Qeyd edək ki, 12 yanvar “Əsgər ölümlərinə son!” etiraz aksiyasında saxlanılaraq Səbail rayon məhkəməsi tərəfindən 500 AZN cərimələnən AXCP Gənclər Komitəsi sədri Əbülfəz Qurbanlının evindən də dünən məhkəmə icraçıları xalçaları aparıblar. Həmçinin Nəsimi rayon icra nümayəndələri Müsavat Partiyası Gənclər təşkilatının sədri Tural Abbaslının evində olan bütün əşyaları qeydə alıblar.