"DEMOKRATİYANIN BEŞİYİ" İNDİ AYILIB
Tarix: 19-02-2013, 12:22 |
Çap et
ABŞ-DA KÖLƏLİK YENİ LƏĞV OLUNDUAmerika Birləşmiş Ştatlarında köləlik tamamilə ləğv edilib. Missisipi ştatı konstitusiyaya köləliyi ləğv edən 13-cü düzəlişi rəsmi olaraq ratifikasiya edən sonuncu ştat olub. Bu, Missisipi Universitetinin iki aliminin sayıqlığı sayəsində mümkün olub.
Onlar rejissor Stiven Spilberqin bu yaxınlarda ekranlara çıxmış "Linkoln" filminə baxdıqdan sonra öz ştatlarında köləliyin nə vaxt ləğv edildiyi ilə maraqlanıblar. Məlum olub ki, 1995-ci ildə yerli parlament düzəlişin qəbul edilməsinin lehinə səs verib, lakin qanunun surəti federal reyestrə göndərilməyib və buna görə də, köləlik, rəsmi olaraq, Missisipi ştatında qüvvədə qalıb.
Alimlər yerli hökumətə müraciət etdikdən sonra müvafiq sənədlər federal reyestrə göndərilib.