AMERİKALI ƏSGƏR ÖLKƏSİNİN VƏHŞİLİYİNƏ DÖZMƏDİ
Tarix: 1-03-2013, 09:39 |
Çap et
"AMERİKA QANA SUSAYIB"Amerika Birləşmiş Ştatlarında bir müddət əvvəl ölkənin hərbi sirlərini aşkar etdiyi üçün həbs olunan piyada qoşunların sıravi əsgəri Bredli Meninq növbəti məhkəməsində günahlarını etiraf edib. Hakim qarşısında çıxışı edən Meninq törətdiyi əməllərin səbəbini də açıqlayıb.
Amerikanın qana susadığını bildirən məhkum bütün dünyaya bu həqiqəti bəyan etmək istəyib. Onun sözlərinə görə, Amerika qoşunlarının İraq və Əfqanıstanda hərbi əməliyyatları çərçivəsində insan həyatına hörmət etməməsi dözülməz həddə olub.
Qeyd edək ki, Meninq düşmənlə əlbir olmaqda da ittiham olunur. Onun bu günahı da sübut olunarsa, Meninqə ömürlük həbs cəzası tədbiq olunacaq. Əks halda isə, Bredli Meninqi 20 illik cəza gözləyir.
Qeyd edək ki, Meninqin Wikileaks portalı vasitəsi ilə yaydığı materiallar Amerika tarixində ən böyük təhlükəsizlik qüsuru olub.