HRANT DİNKİN DAVAMÇISI ETİRAF EDİR
Tarix: 1-03-2013, 10:15 |
Çap et
BÜTÜN ERMƏNİLƏRİ DƏ ETİRAFA ÇAĞIRIRTürkiyədə erməni dilində nəşr edilən “Aqos” qəzetinin redaktoru Robert Koptaş erməniləri Xocalı faciəsinə görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb. AzərTAc xəbər verir ki, Koptaş “Aqos”da dərc edilmiş “Xocalıya görə məsuliyyət” adlı məqaləsində Xocalı soyqırımı haqqında ətraflı məlumat verib və hadisəni insanlığın faciəsi adlandırıb. Müəllif yazıb ki, 21 il əvvəl Xocalıda baş vermiş hadisələr dəhşətli faciədir və Türkiyədə yaşayan ermənilər bu cinayət haqqında hələ çox şey öyrənməlidir: “Bu faciəli hadisəni müharibənin “qaranlıq tərəfləri”nə aid etmək olardı, lakin əgər ermənilər özlərini soyqırımına məruz qalmış millət hesab edirlərsə, onlar susmamalı və məsuliyyətdən qaçmamalıdır”.
“Aqos” qəzetinin yaradıcısı və ilk baş redaktoru Hrant Dink olub. O, 2007-ci il yanvarın 19-da İstanbulda odlu silahla öldürülüb.