ELDAR NAMAZOV İSA QƏMBƏRƏ DƏSTƏK VERƏCƏK?
Tarix: 4-03-2013, 13:54 |
Çap et
"EL" HƏRƏKATININ NAMİZƏDİ KİMDİR?Güney Azərbaycan Televiziyasının “Həftə sonu” proqramının 3 mart buraxılışına qonaq olan Müsavat başqanı İsa Qəmbər və Ziyalılar Forumunun təsisçilərindən Eldar Namazov Güney Azərbaycan və İrandakı durumu, həmçinin Azərbaycandakı seçkiqabağı mövzuları müzakirə ediblər.
İsa Qəmbər proqramın aparıcısı Elxan Şahinoğlunun suallarına cavab verərkən istənilən şanslı namizədə güzəştə getməyə hazır olduğunu deyib, ancaq digərlərinin də bu prinsipə önəm verməsini vacib saydığını vurğulayıb.
Eldar Namazov təsis etdikləri “EL” hərəkatının müxalifətin bütün qolları ilə əməkdaşlıq edəcəklərini, əsas məqsədlərinin narazı çoxluğu fəallaşdırmaqdan ibarət olduğunu deyib. O, aparıcının “Müsavat Partiyası ilə müttəfiqlik mümkündürmü” sualına belə cavab verib: “Bütün demokratik düşərgə ilə müttəfiqik. Çünki məqsədlər eynidir. “EL” hərəkatı müxalifət resursunu artıracaq. Azərbaycanı idarə edə biləcək kifayət qədər nüfuzlu insan tanıyıram, onlardan biri də İsa Qəmbərdir”.VİDEOYA BURADAN BAXA BİLƏRSİNİZ