AMERİKAYA DA QƏNİM TAPILDI
Tarix: 8-03-2013, 11:10 |
Çap et
ABŞ MÜDAFİƏ OLUNA BİLƏCƏYİNİ DEYİRABŞ Şimali Koreyadan gələ biləcək istənilən hücumu dəf etməyə qadirdir. Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cey Karni keçirdiyi brifinqdə bildirib, - “RİA Novosti”.
Bundan öncə Şimali Koreya bəyan edib ki, onlar hər an ABŞ-a xəbərdaredici nüvə zərbəsi endirə bilərlər. Eyni zamanda Pxenyan qonşu Seul ilə də bütün sülh razılaşmalarını dayandırıb.
“Sizə deyə bilərəm ki, ABŞ Şimali Koreya tərəfindən raket hücumu zamanı özünü qorumağa qadirdir”, - deyə Karni bildirib və əlavə edib ki, sınaqdan keçirilmiş Amerikanın RƏM sistemləri ölkənin müdafiəsinin gücünü xeyli artırıb.