Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                 

İSGƏNDƏR HƏMİDOV İLHAM ƏLİYEVİ MÜDAFİƏ ETMƏYƏ HAZIRDIR
Tarix: 12-03-2013, 09:53 | Çap et
İSGƏNDƏR HƏMİDOV İLHAM ƏLİYEVİ MÜDAFİƏ ETMƏYƏ HAZIRDIR
"ELƏ VƏZİYYƏT YARANAR Kİ"...

Sabiq Daxili işlər naziri İsgəndər Həmidov Modern.az saytına müsahibə verib. DİA.AZ olaraq həmin müsahibəni təqdim edirik...

- İsgəndər bəy, son zamanlar dartışılan mövzulardan biri də Ayaz Mütəllimovun cəbhəçiləri Xocalı hadisəsindən istifadə etmələri ilə bağlıdır. Tahir Kərimli isə deyir ki, gərık Ayaz Mütəllibova vaxt verəydiniz, bunu etməməkdə keçmiş silahdaşlarının səhv etdiyini vurğulayıb.

- Onların hər ikisi qeyri -dəqiqliyə yol verir. Ən azından ona görə ki, Xocalı məsələsinin müzakirəsində o vaxtı Azərbaycanın dövlət agentliyi bəyan etdi ki, Xocalıda cəmi bir neçə nəfər ölüb. Biz isə parlamentdə dedik ki, camaata həqiqəti demək lazımdır. Orada soyqırım olub. Soyqırımı məsələsini qaldırdıq, Kommunist bloku Ayaz Mütəllibovun rəhbərliyi ilə bundan imtina etdi. İki gün sonra çəkiliş gəldi və gördülər ki, bir deyil, bir şəhərin sakinləri , qoca, uşaq, qadın qətlə yetirilib. Amma o zaman Daxili İşlər Nazirliyindən rəhmətlik Tofiq Kərimov bəyanat verirdi ki, cəmi bir nəfər öldürülüb. Prezident xalqın təhlükəsizliyinin təminatçısıdır. Amma o , xalqı aldatdığına görə biz dedik ki, sən prezidentliyə layiq deyilsən. O vaxt biz parlamentdə cəmi 20 nəfər idik. Ona görə də Ayaz Mütəllibovun impicment məsələsini qoyub ona nail ola bilməzdik. O zaman bütün xalq bizi müdafiə etdi. Ayaz Mütəllibov özü ərizə yazdı, ərizəsi də indiyə kimi yadımdadır. Qeyde dirdi ki, səhhətilə əlaqədar olaraq prezidentlik səlahiyyətlərini icra edə bilmir, ona görə də xahiş edirdi ki, parlament onun məsələsini həll etsin. Orada bu məsələni Ayaz Mütəllibovla Allahşükür Paşazadə müzakirə etmişdi. Yəni özü istefa verib. Bu dəqiq belədir. Indi niyə Tahir Kərimli deyir ki, biz ona gərək vaxt verəydik, bunun səbəbini bilmirəm. Bu adamın ərizəsi var. Nə zaman istəsəniz qaldırıb baxa bilərsiniz. Ərizənin mətni indiyə qədər qalır. Parlamentdə yekdilliklə onun ərizəsinə səs verildi.

- Amma Mütəllibov getdikdən sonra bir daha qayıtdı...

- Azərbaycanın o zamankı mövcud Konstitusiyasına görə prezidentin istefa vermək yolu var idi, amma təzədən hakimiyyətə qayıtmağa yolu yox idi. Sonra bir dəstə insanın təzyiqindən o qayıtdı .O zaman Xalq Cəbhəsinin rəhbərliyi buna etiraz olaraq yürüyüş etdi və onun istefasına nail oldu. O da qaçıb getdi.

- Xalqa Cəbhəsinin bu aksiyasına kim rəhbərlik edirdi?

- Xalq cəbhəsi monolit qüvvə idi . Mən həmişə demişəm və indi də deyirəm ki, dünyanın ən xoşbəxt adamıyam ki, Azərbaycanın müstəqilliyində və təhlükəsizlik məsələsində iştirak edən ən böyük siyasi bir təşkilatın üzvi olmuşam. Xalq cəbhəsinin sədr müavini idim. May yürüşünün rəhbərlik işi mənə həvalə olunmuşdu. Bu qərarı da mən həyata keçirdim. Yəni xalq ilə bir yerdə. Nə İsgəndər Həmidov, nə də ki, Xalqa Cəbhəsi etmədi bunu, bir milyon insan etdi. Bir milyonun hamısı AXC-nin üzvü deyildi ki... Orada da heç bir şey olmadı. Gəldik Milli Məclisin qarşısına. Oradan isə Prezident Aparatının qabağına getdik. Azərbaycan Xalqa Cəbhəsinin, o cümlədən İsgəndər Həmidovun xislətində qadınlar və uşaqlarla müharibə etmək məsələsi olmayıb. Biz həmişə demişik və deyəciyik ki, qadın, ailə və uşaq müqəddəsdir. Bizim ilk atdığımız addım bankların, səfirliklərin qorunması, o cümlədən hakimiyyətdə olan adamların, Ayaz Mütəllibovun evini mühafizə etmək idi. Çünki deyirdik səfirliyə güllə atarlar, pul apararlar sonra gördük ki, Azərbaycan büdcəsində cəmi 5 milyon rubl pul qalıb. Məsələ belə olub.
Amma hadisələr göstərdi ki, Ayaz Mütəllibovun fikri var imiş yenidən hakimiyyətə qayıtsın...

Mübarizə aparan AXC idi. Biz istəsək də, istəməsək də o zaman Azərbaycanın Konstitusiyası var idi. Konstitusiya çərçivəsində mübarizə aparılırdı. Konstitusiyada onun istefası var idi, amma istefadan sonra qayıtma yolu yox idi. O bunu opozdu və xalq da qalxdı ayağa, Konstitusiyanı bərpa etdi.

- İsgəndər bəy, bütün dünyada qələbələrin, yaxşı işlərin sahibi tapılır, amma məğlubiyyətlərə, problemlərə sahib duran olmur. Siz bu gün hansı qüvvələri AXC-nin varisi hesab edirsiniz?

- Bizim hakimiyyət dövrünü deyirsinizsə, günahımız məğlubiyyətimizdir. Məğlub olmasa idik siz bizdə bu gün səhv axtarmazdınız. İndi bəzi adamların Azərbaycanın yeni tarixindən xəbərləri yoxdur. Deyirlər ki, Xalqa Cəbhəsinin vaxtında 6 rayon işğal olunub. Bu qədər yalan olmaz. AXC-nin vaxtında 6 rayon işğal olunmayıb. Biz hakimiyyətə gələn vaxtı xəzinədə cəmi 5 mlln rubl var idi. 6 ay fəhlələrin, qulluçuların maaşı verilmirdi. Biz onu 3 aya verdik. Bizim hakimiyyətin dövründə Azərbaycanın xaricə 1 manat və ya 1 dolar borcu olmayıb. Bu gün isə Azərbaycanın xaricə 17 milyard borcu var. Burada çox amillər gətirə bilərəm. Səhvimiz o idi ki, dövlət strukturunda çox işləməyənlər ,dövlət quruculuğunda səriştəsi olmayan adamlar, mitinqdə möhkəmdən danışan adamlara vəzifə verdik. Amma gəlin baxaq onların mənəvi haqqı çox idi vəzifə tutmağa, yoxsa hansısa rayonun birinci katibinin. Hansı ki, rayonların birinci katibləri Azərabaycanın müstəqilliyi fürsəti əlıə düşəndə bizi rus desantlarına döydürürdülər. Onların haqqı var idimi işləməyə? Bilrisiniz, kim nə deyir desin, biz ən azı ermənilərlə vuruşmuşuq.

- Bu gün hansı partiyanı AXC-nin varisi kimi qəbul etmək olar?

- AXC-nin varisi yoxdur. AXC –nin varisi Azərbaycan xalqıdır. Heç bir partiya onun varisi sayıla bilməz. Çünki AXC-nin yaradıcılarının və üzvilərinin çox az bir hissəsi siyasətdədir. Mən onların bir çoxu ilə söhbət edirəm, deyirlər ki, biz dünyada ən təmiz , ülvi bir təşkilatın üzvü olmuşuq başqa bir təşkilata üzv ola bilmərik. İndi bir şoxu öz kabinetlərində bəh -bəh ilə bəyin şəklini asıblar .Amma soruşun, görün bəyin qəbrini sonuncu dəfə nə zaamn ziyarət ediblər..Xalq cəbhəsinə ürəklə bağlı olmaq lazımdır.

- AXC-nin varisi yoxdursa, bəs niyə bu ad üstündə çox ciddi mübahisə getdi?

- Əli bəy, Mirmahmud bəy mənim qardaşimdir. Onların haqqı var ki, Xalq Cəbhəsi partiyası adında fəaliyyət göstərsinlər. Amma bunlar partiyadır, əvvəlki isə hərəkat idi. O hərəkata müxtəlif düşüncəli insanlar qoşulmuşdu. Ona görə də bir milyon adam birdən çıxırdı meydana. Bu günləri isə 20 partiya bunu edə bilmir. Partiya dar çərçivəli bir anlayışdır. Hərəkat genişdir. Hərəkat zamanı qərar qəbul edəndən sonra ən çox işləyən mən olmuşam. Elə olub ki, Tovuzda mitinq keçirmişəm, sonra Biləsuvarda , qayıdıb yenidən Tərtərdə keçirmişəm. Bizim ikinci səhvimiz nədən ibarətdir. 1991-ci il parlament seçkilərində AXC Məclisinin qərarı var idi ki, parlament qeyri-qanunidir. Təəssüflər olsun ki, biz qərarın dalından qaçdıq və onu yerinə yetirmədik. Əgər parlament qeyri -qanunidirsə, nə vardırsa hamısı qeyri-qanuni elan edilməli idi. Biz ardıcıl olaraq verdiyimiz qərarların arxasınca getmədik. Əgər parlamenti buraxsaydıq 1992-ci ildə ildə Prezidentlik institutunu da buraxacaqdıq. Birdə mitinq ayrı şeydir, dövlətçilik ayrı bir məsələ. Mitinqdə böyük bir vəd verə bilərsən . Amma onu həyat keçirə bilməyəndə insanların sənə inamı itirir. AXC dövründə insanların ümidi özünü doğrultmadı. AXC kadr məsələsində ciddi səhvlərə yol verdi.

- Bu il prezident seçkiləri olacaq. Amma müxalifət düşərgəsində bir araya gəlmə yoxdur. Söhbət vahid namizəddən getmir. Sadəcə adamların anlaşmasından gedir. Bu haradan qaynaqlanır.
- Azərbaycan müxalifətçilərinin bədbbəxtliyi ondadır. Hamısı “mən” deyir, “biz” sözü yoxdur. “Biz” sözünün arxasında xalq var. Azərbaycan müxalifətçilərinin aparıcı qüvvələri biri-birlərinə güc nümayiş elətdirir. Onlar hamısı yığılaraq bir yerdə “mən” sözünü “biz” sözü ilə əvəz etməli, klassik AXC-hərəkatını bərpa etməlidirlər. Hərəkat özü liderini müəyyənləşdirəcək.

- Siz bunu təklif onlara etmisinizmi?

- 10 il ərzində hər il təklif edirəm. Dar partiya düşüncəsi buna imkan vermir. Ya tamamilə seçkiyə getməməli, ya da “vahid lider”lə getməlidirlər. Bu da qeyri-mümkündür. Başqa bir yol isə odur ki, hamısı namizədliyini verir, seçkiyə bir ay qalmış rayonlarda keçirilən seçkilərdə kimin üstünlüyü varsa o qalır, qalanı onun xeyrinə namizədliyini geri götürür.Bu məsələlərin hamısı birinci şəxslərdən asılıdır.

- Sakaşvili billdirdi ki, Rusiya Azərbaycanda hakimiyyət çevrilişi edə bilər. Buna münasibətinizi bilmək istərdik.

- Sakaşvili artıq canlı meyiddir. Bunu tək müxalifət partiyaları demədi, o buaradan gedəndən sonra hakim partiya da bəyan etdi. Mənə görə Rusiya da, İngiltərə də, Fransa da, Amerika da imperiyadır. Onlar bizi sevmir, sadəcə burada maraqları var. Onların maraqlarına kim qulluq edəcəksə onu da dəstəkləyəcəklər. Biz millətçiyik. Elə vəziyyət yaranar ki, İlham Əliyevi müdafiə etməkdən ötrü sinəmizi qabağa verərik. Bizim üçün ən önəmli məsələ Azərbaycanın müstəqilliyidir. Azərbaycanın Şimal, Cənub qorxusu var. Biz dövləti qurmamışıq ki, kiməsə verək. Bu gün Azərbaycan müstəqildir. Buna görə də müstəqillik üçün biz həyatımızdan keçməyə hazırıq. Birinci-onuncu şəxsin bu prizmadan baxanda kim olması maraqlı deyil. Əsas məsələ Azərbaycanın müstəqil olmasıdır. Hər bir Azərbaycan vətəndaşı buna çalışmalıdır ki, müstəqilliyimiz əbədi olsun. Bundan sonra hakimiyyətdə kimin olması məsələsi gəlir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru