EYNULLA FƏTULLAYEVƏ SƏRT REAKSİYA
Tarix: 14-03-2013, 11:41 |
Çap et
"ONA CAVAB VERMƏK LAZIM DEYİL"“EL” hərəkatının təqdimatı keçirildikdən sonra tanınmış jurnalist və hüquq müdafiəçisi Eynulla Fətullayev yeni yaranan qurumda təmsil olunan şəxslərin yaşlı və o qədər də ictimai nüfuza malik şəxslərin olmadığını bildirib. Fətullayevin fikirləri ilə bağlı FaktXeber.com-a açıqlama verən "El" hərəkatı təşəbbüs qrupunun üzvü Eldəniz Quliyev maraqlı fikirlər səsləndirdi. O, qeyd etdi ki, ola bilsin hərəkatda təmsil olunanalar Eynulla Fətullayevə görə nüfuzlu şəxslər deyil: ”Lakin hər halda Eynulla kimi nüfuzunu itirmiş şəxslər də deyil. Hesab edirəm ki, ona cavab vermək lüzumsuzdur. O, külək kimi özü üçün əsir. ”