"ƏRDOĞANIN DEMOKRATİYASI AVTOBUSA BƏNZƏYİR"
Tarix: 19-03-2013, 12:28 |
Çap et
FaktXəbər-in verdiyi məlumata görə, İordaniya kralı 2-ci Abdullah Türkiyə səfərindən iki həftə sonra baş nazir Rəcəb Tayyib Ərdoğanı tənqid edib. Kral Abdullah "The Atlantic" jurnalına müsahibəsində bildirib ki, baş nazir Ərdoğanın demokratiyası avtobusa bənzəyir.
Qeyd edək ki, İordaniya kralı müsahibəsi zamanı türkiyəli nazirlə müqayisədə Misir prezidenti Məhəmməd Mursinin daha bacarıqlı və açıq fikirli lider olduğunu söyləyib. "Baş nazirin demokratiyasi bir avtomobil və ya avtobusu xatırladır. Dayanacağa çatınca oradan düşür.",-deyə kral Abdullah əlavə edib.