AMİP-DƏN İSA QƏMBƏRƏ İTTİHAM
Tarix: 24-03-2013, 14:39 |
Çap et
“İsa Qəmbərin son hərəkətləri, davranışları və məstbuatda səsləndirdiyi fikirlər müxalifətin birliyinə deyil, daha da parçalanmasına xidməd edir”. Bunu hafta ichi-nə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının Funksioneri (AMİP) Əli Orucov Müsavat başqan İsa Qəmbərin 8 partiyanın görüşünə qatılmaqdan imtina etməsinə münasibət bildirərkən deyib. O, əlavə edib ki, İsa Qəmbərin belə mövqeyi təəssüf doğurur:”Görünür Müsavat başqanı "mənə yoxdur, heç kəsə də olmasın" prizmasından yanaşır. İstər tələmtəlik namizədliyini irəli sürməsi istərsə də, siyasi liderlərin müxtəlif səviyyəli və formatlı görüşlərindən uzaq durması, istər müxalifət daxilində cəsus axtarışına çıxması və bu kimi hərəkətləri ilə İsa bəy əslində iqtidarın xerinə işləməkdədir. Bilərəkdən ya bilməyərəkdən seçkiöncəsi müxalifətdaxili ittihamlara rəvac verilməsi və qaşınmayan yrdən qan çıxarılması ümumi maraqlar və mənafelər baxımından yanlış taktiki addımlardır. Yaxşı, burda məntiqi sual meydana çıxır Müsavat başqanının istəyi nədir, nəyi verib ala bilmir?”.