AXCP ÜZVÜ SAXTA PUL KƏSMƏKDƏ İTTİHAM OLUNUR
Tarix: 26-03-2013, 13:04 |
Çap et
CƏBHƏÇİ GƏNCİ SUMQYIT POLİSİ TUTUBÖtən gün saat 16:00 da AXCP-nin Sumqayıt rayon şöbəsinin gənc üzvü Daşqın Məlikov həbs olunub.
Bu barədə SalamNews-a AXCP-dən məlumat verilib.
Bildirilib ki, Daşqın Məlikov hazırda Sumqayıt Şəhər Baş Polis idarəsində saxlanılır. AXCP-nin Sumqayıt rayon şöbəsinin Sədri Elşən Ağayev deyib ki, Daşqın Məlikova saxta pul kəsmək ittihamı irəli sürülüb. Bundan başqa, onun Facebook sosial şəbəkəsində də fəallığı istisna olunmur.
Xatırladaq ki, hazırda Daşqın Məlikovun səhhətində problemlər var. O, astma xəstəliyindən əziyyət çəkir.