AZƏRBAYCANDA MƏXMƏRİ BURJUA İNQİLABI OLACAQ
Tarix: 27-03-2013, 09:52 | Çap et
YAP İQTİDARI PUL KÜTLƏSİ ÜZƏRİNDƏ NƏZARƏT RIÇAQLARI FORMALAŞDIRIR
DİA.AZ: - Hələ 2005-ci ilin parlament seçkilərində əllərində müəyyən qədər pul kütləsi olan sahibkarların siyasi proseslərə cəlb edilməsi siyasəti yürüdüldü ki, sonradan YAP iqtidarı bunun müəyyən fəsadlarını da yaşamalı oldu. Doğrudur, seçki dönəmində müxtəlif adlar altında kifayət qədər ciddi pullar xərcləməli olan bəzi sahibkarları elə seçki gününə qədər «zərərsizləşdirdilər» və onların əksəriyyəti namizədliklərini geri götürməli oldu, amma buna rəğmən çətiri yararaq parlamentə düşməyə müvəffəq olan iş adamları da yetərincə idi ki, bu da çox ciddi hadisə kimi qəbul olundu.
Lakin burada hakimiyyətin nəyi necə düşündüyünü təxmin etmək o qədər də çətin deyildi. Hədəfdə pullar idi və sayları kifayət qədər olan sahibkar çevrəsi tərəfindən illər ərzində qazanılan pullar üzərində siyasi nəzarət rıçaqları formalaşdırılmalı idi. Xatırladaq ki, 2005-ci ilin parlament seçkiləri ərəfəsində keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev də həbs edildi. Fərhad Əliyevin isə sahibkarlarla birbaşa işləyən bir sima olduğu məlum idi və seçkilərə qatılan sahibkarların demək olar ki, böyük əksəriyyətinin hazırda məhbəs həyatı yaşayan keçmiş nazirlə yaxın münasibətləri var idi. Və aydın oldu ki, seçki gününə qədər «vurulan» sahibkar-namizədlərin demək olar ki, hamısı Fərhad Əliyevlə yaxın münasibətlərinin qurbanı olmuşdu. Yəni buradan da belə bir nəticə hasil olur ki, əgər Fərhad Əliyev həbs olunmasaydı, 2005-ci ilin parlament seçkilərindən sonra onun Milli Məclis heyətində böyük gücü olacaqdı. Və bu prosesin qarşısı alındı.
Amma bütün bunlara rəğmən hələ də kifayət qədər böyük həcmdə pullar var ki, hakimiyyətin nəzarətindən kənardadır. Və bu ilki prezident seçkiləri ərəfəsində də həmin pullara nəzarət qayğısı hakimiyyət üçün prioritet təşkil edir. Bu barədə DİA.AZ-a danışan hökumət içindəki mötəbər mənbənin sözlərinə görə, əslində istənilən hakimiyyət üçün pul ən təhlükəli silahdır:
«Mərhum eks-prezident Əbülfəz Elçibəyin məşhur bir ifadəsi var idi: Tankın qabağından qaçmayan oğullar, pulun qabağında əyildi. Bu, faktdır və bu, ənənəvi insani xarakterik keyfiyyətdir. Elə buna görə də rəsmi Bakını daha çox onun nəzarətindən kənardakı pullar düşündürür. Həmin pullar YAP iqtidarına qarşı yönələcəyi təqdirdə böyük təhlükələr yarana bilər».
Artıq belə bir pul kütləsi təhlükəsinin Rusiya tərəfindən yönləndirildiyini bildirən mənbəmiz xatırlatdı ki, Kremlin sifarişi ilə yaranan Rusiya Azərbaycan Təşkilatları İttifaqında cəmləşmiş milyarderlərin xofu çox ciddi siyasi basqı kimi dəyərləndirilməlidir: «Kimsə Gürcüstan prezidentinin Bakıdan döndükdən sonra etdiyi xəbərdarlığı da unutmasın. «Lukoyl» prezidentinin Azərbaycanda Rusiyanın sifarişi işə çevrilişə yatırım qoyacağı ifşa olunduğundan bu məsələdə başqa qüvvələr fəallıq edəcək. Yəni artıq Vahid Ələkbərov açıq kartdır. Əslində Saakaşvili bu xəbərdarlığını Azərbaycan prezidentinin qulağına yox, bütün ictimaiyyətə elan etməklə çox ciddi gediş də etmiş oldu. Yəni proses, tədarük ifşa olunub və Rusiya məcburdur ki, fərqli taktika seçsin. Bu isə çox böyük vaxt tələb edir. Yəni bütöv mexanizmlər dəyişməlidir».
Mənbəmiz bildirir ki, məhz bu səbəbdən kənar müdaxilələrin ola biləcəyini nəzərə alan rəsmi Bakı yerli saihibkarların da nəzarətə götürülməsi prosesinə qərar verib: «Burada hətta varidatı 100 min manat olanlar belə nəzərə alınıb. İstənilən pul kütləsi ciddi silah olduğundan YAP iqtidarının incə davranış üslubu anlaşılandır».
Mənbəmizin bildirdiklərindən belə aydın olur ki, Azərbaycandakı sahibkarlarla bağlı prezidentin 12 fevral müşavirəsində söylədiyi fikirlər də əslində YAP iqtidarının onlara sahib çıxma siyasətinin tərkib hissəsidir: «Burada çıxdaş edilənlər də olacaq. Amma indidən deyilə bilər ki, 2013-cü il seçkilərinin favorit istinad nöqtəsi məhz sahibkarlardır. Yəni deyilə bilər ki, Azərbaycanda məxməri burjua inqilabı gözlənilir».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|