DAHA BİR DİNDAR MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR
Tarix: 27-03-2013, 11:07 |
Çap et
ONUN ŞİKAYƏTİNƏ BAXILACAQBu gün ruhani Hacı Cavid Məmmədovun məhkəməsi keçiriləcək.
Bu haqda İslamazeri.az-a ruhaninin vəkili Cavad Cavadov məlumat verib.
Onun sözlərinə görə, bu gün ruhaninin apellyasiya şikayətinə baxılacaq.
Qeyd edək ki,Hacı Cavid Məmmədov Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub.
Nəsimi rayon məhkəməsi Hacı Cavid Məmmədovu 1 il azadlıqdan məhrum edilməsinə dair hökm oxuyub.