KİM ÇEN İN ABŞ-I HƏDƏLƏDİ
Tarix: 29-03-2013, 11:15 |
Çap et
"CƏZALANDIRMAQ VAXTI ÇATIB"FaktXəbər-in verdiyi məlumata görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) prezidenti Kim Çen In Cənubi Koreyanın roket kompleksləri və ABŞ-ın Sakit okeanında yerləşən bazasına zərbə endirmək üçün "hazır ol" əmri verib. KXDR liderinin bu çıxışı ötən gün ABŞ-ın Koreya yarımadasında bombardmançı təyyarələrin uçuşunu həyata keçirməsinə cavab xarakteri daşıyıb.
Şimali Koreyanın rəsmi xəbər agentliyinin məlumatına əsasən, ölkə prezidenti dünən gecəyarısı ordu komandirləriylə keçirdiyi yığıncaqda bildirib ki, imperialistləri cəzalandırmağın vaxtı çatıb.