RƏSUL QULİYEV "EL"İ ƏLƏ SALDI
Tarix: 15-04-2013, 08:48 | Çap et
"Mübarizə aparmaq əvəzinə, insanların diqqətini qarşılıqlı ittihamlara cəlb edirlər"Dünyada demokratikləşmə istiqamətində gedən proses Azərbaycana da müəyyən təsirlərini göstərməkdədir. Artıq siyasi düşərgədə təmsil olunan qüvvələr əvvəlki illərdən fərqli olaraq, daha da aktivləşiblər. Bu isə qarşıdan gələn prezident seçkilərinin fərqli müstəvidə baş tutacağını düşünməyə əsas verir. Eks-spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev "Reytinq"ə müsahibəsində deyib ki, qarşıdakı dövrdə dəyişikliyin baş verəcəyinə inanır:
- Müxalifətin son illərdə azad və ədalətli seçkilərin keçirilməsi üçün apardığı mübarizə ciddi nəticə verməyib. Hazırda hakimiyyət qarşıdan gələn seçkiləri saxtalaşdırmaq üçün güclü addımlar atır. Demək olar ki, bütün cəbhə üzrə repressiyalara başlayıb. Belə demək mümkündürsə, hakimiyyət açıq-aşkar seçkiləri saxtalaşdıracağını elan edib. Təəssüf ki, müxalifətin ona qarşı qoya biləcəyi qüvvəsi yoxdur. Seçkilərə beş ay qalsa da, vəziyyət xalqın lehinə deyil. İndiki vəziyyət müxalifətdən tezliklə radikal addımlar atmağı tələb edir. Bunun üçün, ilk növbədə müxalif qüvvələrin bir tavan altında birləşməsi vacibdir. - Sözlərinizdən belə çıxır ki, müxalifət hakimiyyət qarşısında aciz duruma düşüb. Sizcə, iqtidar əleyhdarlarının belə vəziyyətlə üzləşməsinə səbəb nədir? - Əsas səbəb müxalifətin özüdür. Dünya təcrübəsi göstərir ki, hakimiyyət nə qədər sərt addımlar atıb, repressiv üsullardan istifadə etsə, müxalifətin müqaviməti ona adekvat olmalıdır. Normal ölkələrin hamısında bu cür olur, amma bizdə əksinədir. Azərbaycanda bir çox müxalifət liderlərinin şəxsi maraqları ilə xalqın maraqları arasında bir uyğunsuzluq, bir uçurum var. Şəxsi maraqlarına, partiya mənafelərinə qulluq edən adamlar bu rejimə qarşı müqaviməti xeyli dərəcədə zəiflədirlər. Bax, o şəxsi maraqlar da imkan vermir ki, müxalifət qüvvələri bir tavan altında vahid məqsəd, yəni azad və ədalətli seçkilərin keçirilməsi uğrunda birləşsin. - Gəlin, bir qədər konkretləşdirək. Siz şəxsi maraqlarını ümumi maraqlardan üstün tutan liderlər - deyərkən, kimləri nəzərdə tutursunuz? - Mən, konkret heç kimi nəzərdə tutmuram. Çox təəssüf ki, Azərbaycanda insanlarda çox pis yanaşma tərzi formalaşıb. İnsanların tənqidi fikirə münasibəti, analiz etmək bacarığı, başqası barədə fikir söyləmək əxlaqı tamamilə korlanıb. Birinin adını çəkən kimi, başlayırsız ki, filankəs filankəslə düşməndir, filankəslə arasında qalmaqal yarandı - kimi təbliğat aparmağa. Mən heç kimlə düşmən deyiləm, heç kimlə də qalmaqal salmaq niyyətim yoxdur. Konkret ad çəkməyə gəlincə, mən öz maraqlarını xalqın maraqlarından üstün tutan liderlərin adını çəkməsəm belə, guya bilmirlər ki, o adamlar kimlərdir? Hamı hər şeyi yaxşı bilir. Mən nəyə görə ad çəkməliyəm? - Eyni fikri başqa müxalifət liderləri də deyir. Ona görə də istədim, aydınlıq gətirəsiniz ki, kimi nəzərdə tutursunuz? - Onlar çox şey deyə bilərlər. Siz bir jurnalist kimi, eyni sözü deyən müxalifət liderlərini bir yerə yığın, görün, kim həqiqəti söyləyir. O zaman hər şey sizin üçün də, cəmiyyət üçün də aydın olar. Heç kimin adını çəkməyə-çəkməyə, başlayırlar ki, Rəsul Quliyev filankəsi ittiham etdi və s. Bununla da camaatın fikrini yayındırır, mübarizə aparmaq əvəzinə, insanların diqqətini qarşılıqlı ittihamlara cəlb edirlər. Şəxsən mən istəmirəm ki, prezident seçkilərinə beş ay qalmış müddətdə, dediyim hər hansı bir söz boş-boşuna mübahisə obyektinə çevrilsin. - Özünüz müxalifətin qarşılıqlı ittihamlarının əleyhinə çıxırsınız, amma Müsavat Partiyasının əleyhinə fikirlər səsləndirirsiniz... - Siz düzgün demirsiz. Ümumiyyətlə, Azərbaycan xalqının düşüncə tərzində məsələləri qarışdırmaq var. Deyirsiniz ki, guya mən, Müsavat Partiyasının əleyhinə fikir bildirmişəm. Axı belə bir şey olmayıb. Hakimiyyət nümayəndələri hesab edirlər ki, Azərbaycan deyəndə, Heydər Əliyevi düşünmək lazımdır, əgər belə düşünmürsənsə, deməli, çox yanlış mövqedəsən. Tutaq ki, mən Müsavat Partiyası liderinin, yaxud hansısa funksionerinin əleyhinə danışır və tənqid edirəmsə, deməli, Müsavat Partiyasını tənqid edirəm? - Olsun Müsavat rəhbərliyindəki şəxslər... - Onda nəyə görə Müsavat Partiyasının əleyhinə danışdığımı deyirsiz? Müsavat Partiyasında kifayət qədər ləyaqətli adamlar var. Mən həmin partiyanı necə pisləyə bilərəm? Onların əleyhinə o fikri deyə bilərəm ki, o adamlar Müsavat Partiyasının siyasətinin formalaşmasında aktiv iştirak eləmirlər və nəticədə problemlər ortaya çıxır. Əgər təkcə Müsavat yox, istənilən partiyanın əksər üzvləri ümumi siyasətin formalaşmasında iştirak eləsələr, partiyanın yanlış qərarlar qəbul etməsinin qarşısını alarlar. Yəni, mənim Müsavat Partiyasına qarşı tənqidi firkim yoxdur, onların əleyhinə nəsə deməmişəm, bundan sonra da deməyəcəyəm. - Ötən həftə "Reytinq"ə müsahibəsində Arif Hacılı demişdi ki, 2003-cü ildə Rəsul Quliyevlə bir arada olsaq da, bu dəfə hər hansı bir əməkdaşlıq etməyəcəyik, çünki o, 2005-dəki yanlışlıqları ilə bitib. Bu barədə nə deyə bilərsiniz? - Adını çəkdiyiniz şəxs kimdir ki, onun səsləndirdiyi fikirə də münasibət bildirim? Hərənin öz çəkisi var və ona uyğun davranmalıdır. Ona görə də, bu sualınıza bu qədər cavab verməklə kifayətlənmək istəyirəm. Əgər mənimlə hər hansı əməkdaşlıq eləmirlərsə, çox sağ olsunlar. Seçkiyə kimlə, necə gedəcəyimi də mən özüm müəyyənləşdirirəm, başqalarının fikrinin mənim üçün əhəmiyyəti yoxdur. - Rəsul bəy, liderlik etdiyiniz partiyanın da təmsil olunduğu Məşvərət Məclisi ilə bağlı fikirləriniz bilmək istərdik. Ќeçə vaxtdır fəaliyyət göstərir, amma bu qurum ciddi birlik kimi ortaya çıxa bilmir. Sizcə, Məşvərət Məclisi avanqard olmağı niyə bacarmır? - Məşvərət Məclisi yeni yaranmış qurumdur. Artıq aktiv fazaya keçmək, etiraz mitinqləri təşkil etməklə bağlı müəyyən qərar da qəbul edilib. Hesab edirəm ki, Məşvərət Məclisi daha mobildir, müzakirələr daha açıqdır. Təəssüf ki, bu gün hakimiyyətin yürütdüyü siyasətin, repressiyaların, seçki saxtakarlığının qarşısını almaq gücündə deyil. Bu istiqamətdə mənim də fikirlərim olur və vaxtaşırı bu fikirləri Məşvərət Məclisinin üzləri ilə bölüşürəm. Bundan sonra çalışacağıq ki, Məşvərət Məclisi güclənsin, ancaq hansı səviyyədə güclənəcəyini demək çox çətindir. Onu da nəzərə çatdırım ki, Azərbaycanda hadisələr gözlənilmədən, təsəvvürünüzə gətirməyəcəyiniz şəkildə inkişaf edə bilər. Çünki cəmiyyətdə qeyri-müəyyən vəziyyət yaranıb və nəyin, nə vaxt, harada baş verəcəyini bilmək çətindir. Məşvərət Məclisi də özünü hazırlayır ki, hansısa xaotik vəziyyət yaranacağı təqdirdə, onu idarə etmək gücündə olsun. Amma biz hesab edirik ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsini istəyən bütün müxalif qüvvələr birləşməlidir. - Dediyiniz xaotik vəziyyət, gözlənilməz hadisələr müxalifətin nəzarətində baş verə bilər, yoxsa kortəbii şəkildə ortaya çıxacağını ehtimal edirsiniz? - Hamıya məlumdur ki, müxalifət yaxın müddətdə avanqard qüvvəyə çevrilə bilməyəcək. Təəssüf ki, müxalifətin avanqard qüvvə olmaq şansı sıfıra bərabərdir. Quba, İsmayıllı hadisələri və "Binə" Ticarət Mərkəzindəki etiraz aksiyası zamanı camaat müxalifəti heç yaxına buraxmadı. Hətta bu etirazlarda Heydər Əliyevin portretini qaldırırdılar. Deməli, burada müxalifətin avanqardlığından söhbət gedə bilməz. Çünki müxalifət öz avanqardlıq imicini çoxdan itirib... - Bəs onu geri qaytarmaq mümkündürmü? - Biz elə o istiqamətdə çalışırıq. Avanqard olmasaq da, heç olmasa, hadisələri nisbətən nəzarətə götürmək imkanı qazanmalıyıq. 90-cı ildə - yanvar hadisələrində də müxalifət avanqard rolunu oynaya bilmədi. Camaat sözün əsl mənasında hər şeyi süpürüb atırdı, müxalifətə qulaq asmırdı. Ona görə də Bakı şəhərində hər hansı xaotik vəziyyətin yaranmasının nəticələrini proqnozlaşdırmaq mümkün deyil. Bu mənada, hər kəs bu barədə ciddi düşünməli və proseslərin mümkün qədər nəzarətə götürülməsinə çalışmalıdır. Yoxsa, müxalifətdə olanlar o xaotik vəziyyətdə evdən bayıra çıxa bilməyəcəklər. - Seçki yaxınlaşdıqca namizədlərin kimliyinin önəmi də artır. Artıq müxalifətdən bir neçə şəxsin namizəd olacağı bəllidir. Sizcə, müxalifətin bir neçə namizədlə seçkiyə getməsi mənfi hal deyilmi? - (Gülür) Namizədlərin çox, yaxud az olmasının seçkilərin nəticəsinə nə dəxli var? İndiki vəziyyətdə, lap istəyir, super dövlətlərdən birinin prezidenti namizədliyini versin, nə olacaq? Seçki başdan ayağa saxtalaşdırılır. 2011-ci ilin dekabrında demişəm ki, namizədliyimi irəli sürəcəyəm və seçkini udacağam. Ondan sonra bildirmişəm ki, əsas vəzifə namizədliyi vermək deyil, ən əsası azad və ədalətli seçkilərin keçirilməsinə nail olmaqdır. Əgər azad və ədalətli seçki şəraiti yaradılmayacaqsa, hətta lazım olan imzanı belə toplamaq mümkün olmayacaq. Kimi istəsələr, bu yolla seçkiyə buraxmayacaqlar. İkincisi, kimlərəsə 0,1 faizdən, maksimum 2 faizə qədər səs yazacaqlar. Bu da "kim özünü necə aparıb",- prinsipi ilə müəyyənləşəcək. - Belə çıxır ki, hər hansı dəyişiklik baş vermədən, seçkidə iştirak eləmək lazım deyil? - Siz məni düzgün başa düşmədiniz. - Dediklərinizdən bu nəticəni çıxarmaq olur... - Mən dedim ki, o namizədlərin verilməsi əhəmiyyətsizdir, çünki azad və ədalətli seçkilərin keçirilməsi üçün heç bir şərait yoxdur. Əksinə, hakimiyyətin mövqeyindən görünür ki, belə bir şərait də olmayacaq. İndi biz bütün diqqətimizi azad və ədalətli seçkilərin keçirilməsi üçün şəraitin yaradılmasına yönəltməliyik. Yəni, sualınıza cavab olaraq, mənim bu fikrim, seçkidə iştirak etməmək anlamına gəlmir. Biz iki-üç aya demokratik seçki mühitinin yaradılmasına nail olmalıyıq, namizədlər barədə sonra danışarıq. - 20 ildə yarada bilmədiyiniz demokratik seçki mühitini iki-üç ay ərzində necə yaradacaqsınız? - Yaxşı sualdı. Ancaq ətraflı cavab vermək üçün gərək bir neçə misal çəkim. Misirdə 55-56 il diktatura rejimi hökm sürdü. Heç kimin də ağlına gəlməzdi ki, Mübarək devrilə bilər, amma 20 günə yıxıldı. Tunis hakimiyyəti isə 5 günə devrildi. 70 il hakimiyyətdə olan Sovet hökuməti necə oldu ki, yıxıldı? Bu, elə bir prosesdir ki, davamı olmalıdır. Bu cür proseslər bir həftə ərzində başlayıb, yekunlaşa bilər. Qubada baş verən hadisənin qarşısını günlərlə ala bilmirdilər. Təsəvvür edin, ona bənzər hadisə Bakıda baş versə, nə olar? Heç kim onun qarşısını ala bilməz. 20 ildir demokratiya olmayıb deyə, Azərbaycan xalqı ayağını uzadıb ölməlidir? Əgər çarə tükənsəydi, mən indi oturub sizinlə belə söhbət aparmazdım, kitab yazar, tarixi araşdırmalarla məşğul olardım. Amma mənim üçün mübarizə hələ qarşıdadır. - Rəsul bəy, son dövrlər yeni müxalif birliklər, hərəkatlar yaranmaqdadır. Artıq "EL" adlı hərəkat da təsis olunub və Milli Şuranın yaradılması planlaşdırılır. Bu barədə nə düşünürsünüz? - "EL" Hərəkatını yaradanların çoxunu tanıyıram, orda qabiliyyətli insanlar var. Amma bu qurumun məqsəd və məramını bilmirəm. Düşünürəm ki, bunu heç özləri də bilmirlər. Deyirlər ki, xalqın aktiv olmayan hissəsini aktivləşdirmək istəyirik. Bax, bu, olduqca mücərrəd bir məsələdir. Ona görə ki, bu xalqın aktiv hissəsi ilə nəyə nail olmusan ki, onun qeyri-aktiv hissəsindən də nəsə düzəltmək istəyirsən? Bu hərəkatın yaradılmasına çox şadam və dəstəkləyirəm. Amma gərək ortaya nəsə qoysunlar. Onlara qarşı hakimiyyətin təzyiqlərini isə pisləyirəm. Rüstəm İbrahimbəyovun ideyası olan Milli Şuraya gəlincə, mənim fikrimcə, bu, yaşamağa layiq olan yeganə ideyadır. Düzdür, hələki onun yaradılması istiqamətində hansısa addımlar atılmayıb. Yəqin, Rüstəm İbrahimbəyovun işləri çoxdur. Əgər müxalifətin içərisində bu ideyanı taran eləmək niyyətinə düşənlər olacaqsa, onları müxalifət siyahısından çıxarmaq lazımdır. - Bəzi müxalifətçi həmkarlarınız bu ilin dəyişikliklər ili olacağını bildirirlər. Necə düşünürsünüz, bu il Azərbaycanda ciddi dəyişikliklər olacaqmı, yaxud bu dəyişikliklər hakimiyyət dəyişikliyi ilə müşayiət oluna bilərmi? - Əgər biz xalqa qarşı repressiya siyasəti aparan hakimiyyətin qarşısında müqavimət göstərə bilməsək, 2013-cü ildə nəzərdə tutulan dəyişiklik mümkün olmayacaq. Amma xalqın düşünən təbəqəsi birləşsə, real proqramla hərəkət edə bilsə, təbii ki, 2013 Azərbaycan üçün dəyişiklik ili ola bilər. Bəyanatlara gəlincə, hər dəfə müxalifət nümayəndələri bildiriblər, bu il dönüş ildir, yaxud hakimiyyətə gəlirik. Artıq bu cür bəyanatlar vermək yox, bu işi gerçəkləşdirməyin zamanıdır. Əgər bu dəfə də seçkiləri saxtalaşdırıb hakimiyyəti mənimsəmək istəsələr, iqtidar mütləq dəyişiləcək. Amma başqa yolla. Seçkilər saxtalaşdırılsa, hakimiyyəti sülh yolu ilə dəyişmək mümkün olmayacaq. Yaxşı olar ki, hakimiyyətdəkilər bunu anlasınlar, yoxsa daha pis olacaq. Bu gün yazıq görünən xalq hər an ayağa qalxıb, hər şeyi alt-üst edə bilər. Ona görə də yaxşı-yaxşı fikirləşsinlər...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|