Güney Azərbaycan Televiziyasının “Həftə sonu” proqramının 14 aprel buraxılışının formatı fərqli olub. Aparıcı Elxan Şahinoğlu proqramı studiyada deyil, müsahiblərinin qərargahlarında hazırlayıb.
Proqramın müsahibləri AMİP lideri Etibar Məmmədov və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyevdir. Onlar Güney Azərbaycandakı vəziyyəti təhlil edirlər.