"ORTADA 10 MİN MANATIM GETDİ"
Tarix: 16-04-2013, 13:44 |
Çap et
Əkrəm Əylislinin qulağının kəsilməsi üçün 10 min manat xərc çəkdim. Hakimiyətin yüksək vəzifəli şəxsləri mənə imkan vermədilər ki, bu qərarımı həyata keçirim."
SalamNews xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu gün partiyanın Siyasi Şurasının iclasında çıxışı zamanı deyib.
O bildirib: "Bir qrup gəncə dedim ki, gedin Əkrəm Əylislinin qapısında əyləşin, o çıxan kimi qulağını kəsin. Həmin gənclər gedib bir neçə gün onun evinin qapısında gözlədilər və sonda hakimiyyətdə təmsil olunan hörmətli şəxslər mənə bu işdən vaz keçməyi xahiş etdilər. Mən məcbur olub geri çəkildim. Ortdada gənclərə çəkdiyin 10 min manatım getdi.”
H.Hacıyev söyləyib ki, gənclərə verdiyim pulu geri qaytarılmasını istəsəm də onlar pulu vermədilər. Dedilər ki, biz verdiyin qərarı yerinə yetirəcəkdik, lakin sən imkan vermədin.