RUSİYA İLƏ AZƏRBAYCAN ANLAŞIBMI?
Tarix: 18-04-2013, 11:44 | Çap et
RAZİ NURULLAYEVƏ GÖRƏ, ORTADA ANLAŞMA YOXDUR
DİA.AZ: - “Dövlət başçısının “rossiya 24” kanalına müsahibə verməsi və Rusiyanı strateji tərəfdaş adlandırması o demək deyil ki, Rusiya ilə Azərbaycan arasında olan prinsipial narazılıqlar aradan götürülüb”. DİA.AZ bildirir ki, bunu “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri, politoloq Razi Nurullayev mətbuat üçün açıqlamasında bildirib. R. Nurullayevin sözlərinə görə “Azərbaycan Rusiya ilə strateji tərəfdaş və dost olmaq istəyir. Amma, Rusiya bunu Azərbaycanla bərabər şərtlər əsasında və ölkəmizin tam müstəqilliyini həzm etməklə yanaşı qəbul etmək istəmir. Azərbaycanın hər müstəqil addımı və Avropa strukturları ilə yaxınlaşması cəhdləri Rusiyanı bərk qıcıqlandırır. Azərbaycanın arxasında Türkiyə dayanmasaydı, Rusiya nə ABŞ-a, nə də Avropa Birliyinə təhamül edər və Azərbaycanı müstləq şəkildə sərt cəzalandırardı. Rusiya Türkiyədən yan keçməklə Azərbaycanı cəzalandırmaq haqqında ciddi şəkildə düşünməkdədir”. Politoloq qeyd edir ki, “Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bir neçə gün əvvəl keçirdiyi brifinqdə bildirib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 20-21-də Moskvada rəsmi səfərdə olacaq. Həmin ərəfədə Ermənistan xarici işlər naziri də Moskvaya səfər edəcək. Mənə belə gəlir ki, bu görüşdən çox məsələlər asılıdır. İlk əvvəl Rusiya ilə Azərbaycan arasında ciddi gərginlik qalmaqdadır. Məhz bu gərginlik nəticəsində iki ölkə arasında olan danışıqlar baş tuta bilmir. Tərəflər bir-biri ilə yaxınlaşmaq üçün müəyyən çabalar göstərirlər. Amma bu çabalar göstərilməklə yanaşı, hər iki tərəf özünün iddiasından geri çəkilmir. Azərbaycan Rusiyanın orbitinə qayıtmaq və Rusiyanın göstərişi ilə oturub-durmaqdan imtina edir, Rusiya isə Azərbaycanın tam müstəqilliyi və enerji siyasəti ilə barışmır, digər bir tərəfdən Azərbaycanın Avropa strukturlarına daha da yaxınlaşmasını həzm edə bilmir. Çünki, Azərbaycan Avropaya daha çox inteqrasiya etdikcə və transmilli boru kəmərlərini Rusiyadan kənar Türkiyə ərazisindən keçirdikcə Azərbaycanın Rusiyadan asılılığı azalır. Rusiya bunu həzm edə bilmir. Bu iddialardan heç bir tərəf çəkilmədiyinə görə də danışıqlar və görüşlər baş tutmur". Razi Nurullayev qeyd edib ki, “əgər Lukaşeviçin dediyi kimi, may ayında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfər edərsə, bu səfər çərçivəsində iki tərəf arasında gərginliyin aradan götürülməsi üçün müxtəlif yolların araşdırılması baş verə bilər. Elmar Məmmədyarov Azərbaycan prezidentinin mesajlarını Rusiyanın xarici işlər naziri vasitəsilə Rusiyanın prezidentinə, Sergey Lavrov da Rusiya prezidentinin mesajlarını Azərbaycan xarici işlər naziri vasitəsilə Azərbaycan prezidentinə çatdıracaq. Əgər arada müəyyən istiləşmə və müəyyən razılaşma olarsa, o zaman tərəflər iki prezidentin görüşünü təşkil edə bilərlər. Mənə elə gəlir ki, xarici işlər nazirlərinin görüşü bu məsələlər ətrafında davam edə bilər. Dövlət başçılarının görüşü baş tuta bilərsə, bu və ya digər şəkildə müəyyən kompromislərlə arada olan gərginlik götürülə bilər". Politoloq bildirib ki, hazırda bu da çox az ehtimal olunan məsələdir. Çünki Rusiya Azərbaycanın müəyyən kiçik güzəştləri ilə razılaşa bilmir. Rəsmi Moskvanın iddiaları çox böyükdür. O Azərbaycanı Avrasiya və Gömrük İttifaqlarında görmək istəyir. Azərbaycan isə Rusiyanın Dağlıq Qarabağ məsələsinin həllindəki tormozlayıcı mövqeyi və eyni zamanda Azərbaycana göstərdiyi təzyiqlərlə razı deyil. Bütün bu iddialardan hər hansı bir tərəfin geri çəkilməsi məqbul görünmədiyindən mən o qədər də tərəflər arasında istiləşmənin tez bir zamanda başlayacağına əmin deyiləm".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|