Gənc müğənni Afaq “Sənə görə" albomuna təqdimat mərasimi keçirib.
Axşam.az-ın məlumatına görə, sənətçini xoş günündə yaxın rəfiqəsi, türkiyəli müğənni Ebru Polad tək qoymayıb.
Cazibədar müğənni Azərbaycan şou-biznesində tək tanıdığı sənətçinin Aygün Kazımova olduğunu deyib. Bir neçə gün şəhərimizin qonağı olan Ebru insanların qonaqpərvərliyindən ağızdolusu danışıb.
Afaq və Ebru bu yay birlikdə layihə hazırlayacaqlarını deyiblər. Birlikdə duet ifa etmək də cütlüyün planları sırasındadır.
Sonda isə türkiyəli müğənni Afaqa zinət əşyası hədiyyə edib.