RƏHİM RƏHİMLİ DƏ UTANARMIŞ...
Tarix: 25-04-2013, 10:30 |
Çap et
"BUNA GÖRƏ ÇOX UTANIRAM"Son günlərdə milli şou biznesdə diqqət mərkəzində olan xalq artisti Brilliant Dadaşova Rəhim Rəhimlinin aparıcılıq etdiyi Şou Rəhimli proqramının qonağı olub. ANS PRESS-in məlumatına görə, "Addim" Yaradıcı Gənclər Assosiyasının təşkil etdiyi Bakıda keçiriləcək "No Smoking" Film Festivalının əsas siması seçilən xanım Dadaşova proqrama festivalın direktoru, prodüser Hüseyn Cavadzadə ilə bərabər qatılıb. Proqram boyu yeni mahnılarını ifa eden Brilliant xanım siqaretin zərərindən söhbət açıb.
Brilliant xanımın danışılanlardan təsirlənən aparıcı Rəhim Rəhimli isə "ara sıra siqaret çəkdiyini və buna görə də çox utandığını söyləyib. Müğənni gəncləri bu zərərli vərdişdən çəkinməyə çağırıb. Proqramın sonunda teleməkanda ilk dəfə festivalın son günlər səs küyə səbəb olan video çarxı yayınlanib.