ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır .....                     30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir .....                     Yediyimizə necə haram qatırlar... .....                     Mən onun kimi Putinə zəng etməyəcəyəm .....                     Onu Bakıya gəlməyə qoymayan səbəb .....                     Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                 

"Poliklinikaya müraciət zamanı dedilər ki, siz nə bilirsiniz ki, sizdə korona var?.." - NARAZILIQ!
Tarix: 5-12-2020, 10:16 | Çap et
"Poliklinikaya müraciət zamanı dedilər ki, siz nə bilirsiniz ki, sizdə korona var?.."
Artıq bir həftədən çoxdur ki, Azərbaycanda yeni növ koronavirusa yoluxmanın gündəlik statistikası 4 min nəfər civarındadır. Doqquz aydır COVID-19 ilə mübarizə aparan Azərbaycanda rəsmi açıqlamaya görə, ümumilikdə 133733 nəfərin bu xəstəliyə yoluxduğu aşkarlanıb, 81234 nəfərin sağaldığı, 1510 nəfərin isə vəfat etdiyi açıqlanıb. Rəsmi qurumların bildirməsinə görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var. Şikayətlərə görə, getdikcə sayı artan belə xəstələrin bir çoxuna lazımı tibbi yardım da göstərilmir.

Şikayət...
AzadlıqRadiosuna danışan koronavirus xəstəsi A.H. yerli səhiyyə sisteminin COVID-lə mübarizə səviyyəsindən narazı olduğunu deyib: "Bütün ailəlikcə COVID-pozitivik. Yaxşı ki, özüm həkiməm. Özüm dava-dərmanı, yaxşı-pis, əldə elədim. Özüm də təyinatı icra edirəm. Poliklinikaya müraciət zamanı dedilər ki, siz nə bilirsiniz ki, sizdə korona var?.. Bir sözlə, bir həftə gözləməli idik. İşlədiyim qurumda həmin gün müayinədən keçib səhəri gün cavabı aldıq. Analizlərin cavabı "pozitiv" çıxan günü poliklinikadan zəng edib bülleten lazım olub-olmadığını soruşdular. Polis də zəng eləyib çölə çıxmaqla bağlı hədələdi. Vəssalam".

"Nə dərman gördük, nə də sosial xidmət"
A.H.-nin deməsinə görə, beş gündür evdədirlər, nə dərman görüblər, nə də ərzaq alıb gətirə biləcək sosial xidmət: "Yoldaşımda tənəffüs çatışmazlığı ilə bağlı problemlər başladı, heç öz vəziyyətim də yaxşı deyildi. Yenə utana -utana poliklinikaya zəng elədim ki, "dərman vermirsiz, bəlkə qanlarımızı götürüb laboratoriyaya verəsiz?". Cavab isə "yox" oldu".

Onun deməsinə görə, heç kim maskasını burnuna çəkib vicdan əzabı içində qorxa- qorxa market-aptek gəzmək istəməz:

"Brifinqdəki "müdriklər"in dediyi kimi..."
"Heç kim də, brifinqdəki "müdriklər"in dediyi kimi, marşrutdakı basabasa əylənmək üçün minmir. Hər kəs bir günlük dolanışığının və evdəki xəstələrinin dərman pulunun dalınca düşüb".

Bu açıqlamaya, hələlik, nə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB), nə də Səhiyyə Nazirliyindən münasibət almaq mümkün olub.

Amma deputat Musa Quliyev "Turan" agentliyinə bildirib ki, Azərbaycan koronavirusla mübarizədə kifayət qədər yüksək nəticələr əldə edib: "Koronavirus yeni bir infeksiyadır və bəşəriyyət üçün təzə bir geniş yayılmış pandemiyadır. Ona görə də tam öyrənilməyib və problemlər yalnız bundan qaynaqlanır. Amma təşkilatı baxımından Azərbaycan dövləti nə lazımdır, hamısını gördü. Bu məsələ cənab prezidentin nəzarəti altındadır, Operativ Qərargah yaradılıb, qısa müddətdə 45 xəstəxana bu işə cəlb olunub və təxminən 15-ə yaxın yeni modul xəstəxanalar yaradılıb. Lazım olan bütün mübarizə tədbirləri həyata keçirilir. O cümlədən yerli maska və kombinezon, dezinfeksiya vasitələrin istehsalı və s".

"Azərbaycanın COVID-lə mübarizəyə böyük töhfəsi..."
Onun vurğulamasına görə, bütün bunların hamısı qısa müddətdə təşkil olunub və yay dövründə çox yaxşı nəticələr verib: "Azərbaycanın uğurları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirildi. Hökumət tərəfindən xəstələrin müalicəsi və diaqnostikası üçün kifayət qədər işlər görülüb və bu işləri mən müsbət qiymətləndirirəm. Cənab prezidentin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyası başlayıb. Bu da Azərbaycanın beynəlxalq COVID-lə mübarizəyə böyük töhfəsi deməkdir".

"Nəzarət və cərimələrin sayı artırılmalıdır"
M.Quliyev bununla belə qeyd edib ki, maarifləndirmə sahəsində kifayət qədər uğurlu fəaliyyət olmayıb: "Azərbaycanda deyil, bütün dünyada bu problem mövcuddur. İnsanlarımızın çoxusu bu işə məsuliyyətsiz yanaşır ...Bu mənada maarifləndirmə işini gücləndirmək lazımdır, inzibati tədbirlər də artırılmalıdır. Düzdür, biz qanunlar qəbul etmişik, cərimələr də var, artıq açıq havada da maskanın taxılması məcburidir. Amma nəzarət və cərimələrin sayı artırılmalıdır".

"Evdə müalicə alan şəxslər üçün elə elektron sistem qurulmalıdır ki,..."
Deputatın fikrincə, insanların təmasını azaldan tədbirlər çox olmalıdır. O, əlavə edib ki, virusa yoluxmanın əsas mənbəyi insan təmasıdır: "Biz maska da taxsaq, məsafə də gözləsək, xəstə insanla qapalı məkanda bir neçə saat qalacayıqsa, deməli, yoluxacağıq. İnsanlarımızın məsuliyyət hissini artırmaq üçün tədbirlərə ehtiyac var, çünki artıq görürük ki, xəstə və hətta evdə müalicə alan insanlar küçələrdə gəzirlər. Mən hesab edirəm ki, evdə müalicə alan şəxslər üçün elə elektron sistem qurulmalıdır ki, onlar evdən çıxan kimi hər hansı şəkildə izlənilsin, evə qaytarılsın və məsuliyyətə cəlb olunsun".

"Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirmişdir. COVID-19 ilə bağlı yaranmış vəziyyətə müvafiq olaraq tərəfimizdən adekvat addımlar atılmışdır".

Bu sözləri isə prezident İlham Əliyev dekabrın 3-də BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasında çıxışı zamanı deyib.

"Bu gün ölkə üzrə koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur. Pandemiya başladığı zaman bizim altı funksional laboratoriyamız var idi. Hazırda fəaliyyətdə olan laboratoriyalarımızın sayı 40-dan artıqdır", - dövlət başçısı qeyd edib.

Prezident bildirib ki, pandemiyanın mənfi təsirinin qarşısının alınması məqsədilə hökumət tərəfindən 2.5 milyard ABŞ dolları həcmində iqtisadi-sosial yardım və maliyyə dəstəyi paketi təqdim edilib.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev də agentliyə bildirib ki, dövlətin ən yuxarı səviyyəsində koronavirusla bağlı mübarizəyə çox gözəl maddi və mənəvi dəstək verildi: "Lakin müvafiq qurumların səmərəliyi o qədər də yüksək olmayıb. Problem təzə başlayanda test nəticələri pozitiv olan insanlar məcburi karantinə alındı və insanların arasında panika yarandı. Test nəticəsi pozitiv olan, amma heç bir şikayəti olmayan adamlar salınırdı karantinə və ona gündə bir ovuc dərmanlar verilirdi. Həmin adamlar dərmanları atırdı və heç bir ağırlaşma olmadan 10 gün sonra testin nəticəsi neqativ olurdu və adamlar evə buraxılırdı".

Onun fikrincə, bu, həm dərman israfı idi, həm də həmin insanlarda və onların ətrafında olanlarda belə bir fikir yaratdı ki, bu, bir oyundur.

Mütəxəssis yay aylarında istirahət günləri ərzində sərt karantinin tətbiqini də səhv qərar kimi qiymətləndirir: "Bu ona gətirib çıxarıb ki, cümə günləri insanlar marketlərə axışdı və o nəticəni verdi ki, yoluxmaların sayı azalmaqdansa, əksinə, artdı".

A.Əliyev qeyd edib ki, təxminən 100-ə yaxın həkim və ondan daha çox texniki personal koronavirusdan dünyanı dəyişsə də, müvafiq qurumlar onların ailəsinə bir məktub belə yazmayıb.

Təkliflər...
Mütəxəssis vəziyyətdən çıxış yollarını da təklif edib: "Televiziyalarda və sosial mediada 24 saat ərzində koronavirusun müalicəsi ilə məşğul olan növbətçi həkimlər zəng vuran insanları konsultasiya etsin. Təcili Tibbi Yardım çatdırmır, xəstə də çox pis vəziyyətdə qalır və çıxış yolunu tapa bilmir. Bu, həqiqətən də acınacaqlı bir vəziyyətdir. Xəstə, heç olmasa, televiziyaya zəng vurub vəziyyətini izah edərək həkim məsləhətini ala bilsin. Bundan əlavə, bütün poliklinikalarda, tibb müəssisələrində növbətçi həkimlər ayrıla bilər ki, görüntülü olaraq xəstələr 24 saat ərzində onlarla yaşayış yeri üzrə əlaqə saxlasın...".

A.Əliyev bildirib ki, ağır xəstələrin xəstəxanalarda yerləşdirib müalicə alması üçün kriteriyalar müəyyənləşdirilməlidir: "Hansı hallarda, hansı kompüter tomoqrafiyası göstəricilərində, hansı şikayətlərdə, analizlərdə xəstə hospitalizasiya edilməlidir, hansı hallarda evdə müalicə almalıdır - burada bir qarışıqlıq var. Kimsə götürür kiminsə adamını xəstəxanaya yerləşdirilməsini deyir, halbuki, xəstənin durumu ağır deyil. Onlar da məcbur olur yerləşdirməyə. Belə getsə, biz ağır xəstələri yerləşdirməyə yer tapa bilməyəcəyik".

Həkim vurğulayıb ki, apteklərin dərmanlarla təchiz edilməsi çox vacibdir: "Xəstələr zəng edirlər ki, dərman tapa bilmirik. Düzdür, xəstə çoxdur, amma ən azından koronavirusla mübarizədə kömək edən dərmanların apteklərdə olması insanlarda ən azından toxtaqlıq yaradacaq ki, gedib ala bilər. Niyə bu gün hamı xəstəxanaya meyllidir? Çünki apteklərdə dərman tapa bilmirlər və çalışırlar xəstəxanada yatsınlar. Bunları nizamlaya bilsək, onda ölüm halları da azalacaq. Üç məşhur qaydanı – maska, məsafə və gigiyena unutmamalıyıq...".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36
30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47
Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36
Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25
Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru