DİA.AZ: - "Mənim şikayətim dələduzluqla məşğul olan Samsung Galaxxy adlı mağazadandır. Mağaza N.Nərimanov metro stansiyasının yaxınlığında yerləşirdi. İndi isə Q.Qarayev metro stansiyasının yaxınlığına köçüb". Bu barədə Nahid Camallı adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşım edib.
Narazı vətəndaş daha sonra yazır: "2019.10.29 tarixində bu mağazadan Samsung Galaxy Note 10 plus modeli telefon almışam. Telefon alarkən Qeydiyyatlı olduğu Zəmanət Talonunda da yazılı şəkildə qeyd olunub. Bu il noyabr ayında Soliton Mağazalar Şəbəkəsindən mənim telefonuma mesaj gəlib ki, "Sizin telefonunuzun borcu var. Ödənilməsə bağlanılacaq" Problemi Samsung Galaxxy mağazasına bildirdikdə mənə çox absurd bir cavab verdilər ki, "bizlik deyil bu problem və kimə istəyirsiniz gedin şikayət edin. Bizə maraqlı deyil. Ən yaxşı halda sizin telefonunuzu ucuz qiymətə ala bilərik." Demeəli, adı çəkilən mağaza sahib(lər)i dələduzluqla məşğul olaraq telefonumu kreditə götürüb daha sonra mənə satıb üstəlik bu haqda heç bir məlumat mənə verilməyib, nə də hardasa qeyd olunmayıb. Bir müddət sonra isə telefonun kreditini ödəmədiyi üçün telefon Soltion tərəfindən bloklanıb. Telefon hələ də blokdadır".
dia-az.life olaraq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...