TƏBİB-lə Nazirliyin “COVİD terroru” - iki nəfərə bir peyvənd, xəstəxanalarda gestapo, morqlarda rüşvət...
Tarix: 31-03-2021, 09:57 | Çap et
Kamyunun “Taun” romanı acı həqiqətlə finişə çatır və pessimizmin kulminasiya nöqtəsi sayılır: “Şəhərdən qalxan şən sədaları dinlədikcə həkim Ryö fikirləşirdi ki, bu şənlik yenə yasa çevrilə bilər. O bilirdi ki, sevincdən qışqıran əhali çox şeydən bixəbərdir. Çünki onlar bilmirlər taun mikrobu nə ölür, nə yoxa çıxır...” Azərbaycanda əhaliyə 1 il ərzində yaşadılan karantin stressi eynilə bu romanın finişinə oxşayır. Hər dəfə karantin yumşaldılanda insanlar sevincək olurlar ki, pis günlər geridə qaldı. Amma çox keçmir, infeksiyaya yoluxma artır və pis günlər hələ irəlidə olur. İnsanlar artıq pandemiyadan nəinki yorulublar, artıq 2021-ci ildən də əllərini üzüblər. Heç kəsdə inam qalmayıb ki, iyunun 1-də karantin tamamilə götürüləcək. Yox-yox, ilin sonuna qədər bu və ya digər şəkildə karantin şəraitində yaşamalı olacağıq. Bütün bunlar bir yana, həmçinin pandemiyanın yaratdığı iqtisadi çətinliklər, psixoloji pozuntu, ictimai nəqliyyatın birinin qapadılıb, digərinin açılması - hər şey aydındır, deyilib, yazılıb, Operativ Qərargahı dönə-dönə yıxıb-sürüyüblər, çi fayda?! Anaxeber.info bildirir ki, indi yoluxmanın kəskin artdığı zamanda yeni heyrətamiz iddialar meydana çıxmaqdadır. Və səslənən ittihamlara nə TƏBİB, nə Səhiyyə Nazirliyi cavab verir. Hər iki qurumun rəhbərləri - Ramin Bayramlı və Oqtay Şirəliyev “qeybə çəkiliblər”. Nədən ibarətdir bu iddialar – araşdırmaçı jurnalist Aynur Elgünəş yazır ki, bir peyvəndin iki nəfərə vurulması hallarına yol verilir. Bu, cinayətdir. Sitat: “Bir neçə həkimin xəbərdarlığıdır. Onların sözlərinə görə, peyvəndlənmənin birinci hissəsi qaydalara uyğun aparılıb, yəni həkimlərə və s. tam doza vurulub. İndi isə poliklinikalara lazım olan qədər peyvənd verilmir, yarısı verilir və “bununla idarə edin” deyilir. Ona görə də 1 peyvəndi 2 nəfərə vururlar, vətəndaşları aldadırlar. Hətta elə hallar olub ki, vətəndaşa “peyvənd edək, ya sənəd verək?” kimi təkliflər də edilib. Təbii neynəsək də, bu cür üsullara əl atan alçaq sürüsü ilə bacara bilməyəcəyik. Yenə də çalışaq. Məsələn, peyvəndi yanınızda açılmasını və vurulmasını tələb edin. Düzdür, bir neçə dəfə tibb bacısının “bizə tapşırılıb ki, çəkib gətirib vuraq” kimi hallarla da qarşılaşanlar olub. Bu, qayda deyil, tələb etmək, sizə vurulan peyvəndi görmək haqqınızdır. Həkimlərin sözlərinə görə, peyvəndə belə “qənaət”in səbəbi odur ki, yerdə qalanı özəl klinikalarda satırlar. Məncə, o kameraları yataq otaqlarında deyil, TƏBİB-in, Səhiyyə Nazirliyinin kabinetlərində quraşdırsanız, daha maraqlı və faydalı görüntülər əldə edərsiz”. Dəhşətli ittihamdır. Xalqa qarşı aşkar cinayət əməlidir. Peyvəndlərin özəl klinikalarda satılması üçün biznes quranlar süni şəkildə vaksin defisiti yaradırlar və bu yolla həm əhalini aldadırlar, həm dövləti sabotaj edirlər. Bəs bu mafiya kimdir? Hansı qüvvələrdir ki, TƏBİB və Səhiyyə Nazirliyi araşdırma aparmır? Biznes maraqlarını xalqın ən bəlalı günlərində də üstün tutan dərman mafiozları, səhiyyə caniləri peyvəndi belə əhaliyə rəva bilmirlər. Bu iddialar ortalıqdadır və ötən gün sosial şəbəkələrdə ən çox paylaşılan məlumatlardan biriydi. Amma nə O.Şirəliyev, nə R.Bayramlı kabinetindən başını çıxarıb deyilənlərə münasibət bildirdilər. Belə bivec məmurlarla epidemiyaya necə qalib gəlmək olar? Bir Türkiyənin səhiyyə naziri Fəxrəddin Qocaya baxın, hər gün xalqa hesabat verir, təhlilləri açıqlayır, ümumi epidemioloji durumu izah edir, bizimkilərsə bir peyvəndi iki adama vurmaqla yoluxma sayının dolayısı ilə artımına səbəb olurlar. Bu, xalqa COVİD19 “terroru” törətməkdir. Anaxeber.info bildirir ki, korona ilə mübarizədə özbaşınalıqlar təkcə peyvəndləmə ilə məhdudlaşmır. Xəstələrə, xüsusən ağır vəziyyətdə olanlara qarşı səhlənkarlıq, laqeydlik sərgilənir. Redaksiyamıza ayrı-ayrı oxuculardan, yaxın çevrədəki informasiyalı mənbələrdən gələn xəbərlərdə deyilir ki, özəlliklə Zığda yerləşən Fövqəladə Hallar Nazirliyinə aid modul tipli xəstəxana gestapo və morqa çevrilməkdədir. Bu xəstəxanaya diri girən ölü çıxır. Səbəb xəstələrə yaxşı qulluq olunmaması, oksigen aparatına qoşulanların boğazı quruduğu halda damcı su təminatının olmaması, biganəlik, etinasızlıq, ölümün pəncəsinə atılmaqlıqdır bu... Zığdakı bu xəstəxana ilə bağlı dəfələrlə şikayətlər olub, amma qulaqardı ediblər. Son günlərdə yenə narazılıqlar dilə gətirilir, tanışı, adamı olmayan xəstələrə yaxşı xidmət göstərilmədiyi, tapşırıqla yerləşənlərə yüksək müalicə olunduğu iddiaları səslənir. Koronavirusla yanaşı bəlaya çevrilən Azərbaycan səhiyyəsinin başbilənlərinin, TƏBİB və Nazirliyin yarıtmaz fəaliyyətinin ucbatından infeksiya qurbanlarının sayı artır. Ən dəhşətlisi isə bu virusdan ölənlərin başına açılan oyunlardır. Belə ki, əksər qurbanlar Sabunçu rayonu 3 saylı xəstəxananın morquna gətirilirlər. Burada isə rüşvət işə düşür. Ölənin cənazəsini gətirən sürücüdən tutmuş morqda kəfənləmə proseduruna qədər pul işləyir. Əgər morqda meyitlər çoxdursa, pulu olanlar içəri daxil olur, sövdələşir, 100 manat ödəniş edir, özünkünün yuyulması, kəfənləməsini qabağa salır. Bütün bunlar fəlakətdir və xalq bilmir ki, özünü virusdan qorusun, yoxsa səhiyyədəki rüşvət virusunun caynağından xilas olsun. Amma bu qədər ittihamlara qarşı TƏBİB və SN-də immunitet formalaşıb, donublar, dinmirlər, sanki ECMO aparatına qoşulublar, səsləri çıxmır. Buna isə cavab verilməlidir. Uğursuz karantin-karantin hoqqabazlığı ilə əhalini həyatını bir ildən çoxdur ki, cəhənnəmə çevirənlər bu yaramazlıqlara - bir peyvəndin iki nəfərə vurulmasına, Zığdakı xəstəxanada yaşananlara, morqlarda baş verənlərə görə xalqa hesabat verməlidirlər... Anaxeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|