Sarbonna təhsilli İnam Kərimovun nazirliyində korrupsiyada “məhsuldarlıq” - Yarımadıq...
Tarix: 13-04-2021, 09:40 | Çap et
Qalstuksuz, ayaqqabısı palçıqlı, qucağında quzu tutan, xalqa Fransanın Sarbonna universitetində magistr təhsili almış, Qərb dünyagörüşünə malik, islahatçı, gənc kadr kimi təqdim olunan Kənd Təsərrüfatı naziri İnam Kərimov haqda bütün bu xarakteristika, mədhiyyələr demə, sabun köpüyü imiş. Əslində bu gənc nazirin içində qarnıyekə, boynuyoğun tipik korrupsioner məmur, köhnə nomenklaturanın yolu ilə gedən çinovnik mahiyyəti gizlənibmiş. KTN rəhbərliyinə gəldiyi ilk günlərdə pozitiv bir təəssürat doğuran, aqrar sektorda innovativ idarəçilik quracağı gözlənən, İsmət Abbasov və Heydər Əsədov dövründən qalan problemlərin aradan qaldıracağı proqnozlaşdırılan İ.Kərimov gənc və islahatçı nazir reputasiyasını alt-üst etdi. Anaxeber.info-nun verdiyi məlumata görə, bu yaxınlarda Ümid Partiyasının sədri İqbal Ağazadənin səsləndirdiyi tənqid və ittihamlar da aqrar sahədə hansı biabırçılıqların davam etdiyini ortaya qoydu. O, Kənd Təsərrüfatı Nazirliyində hansı maxinasiyalar olduğunu açıqlayıb. Partiya lideri bildirib ki, damazlıq heyvan, kənd təsərrüfatı texnikası və gübrənin qiymətini şişirdərək pul mənimsənilir. İ.Ağazadənin sözlərinə görə, Gəncədə istehsal olunan Belarus traktorları sahibkarlara 82 500 manata verilir, yəni 49 min dollara: “Həmin məbləğin 40 faizini dövlət, qalanını isə fermer verir. Traktorun bazar qiyməti 29 min dollardır. Gübrənin bir kisəsi bazarda 18-20 manatdır, amma bunlar 50 manatdan sənədləşdirirlər. Kimlərin monopoliyasındadır?” Partiya lideri bildirib ki, KTN böyük rüşvət və korrupsiyanın içindədir, Baş prokuror Kamran Əliyevə müraciət ediləcək. İ.Ağazadə siyasi çıxışları ilə seçilən, hakimiyyətin idarəçiliyini sistemli tənqid edən, fərd-fərd deyil, bütövlükdə idarəetmə modelini tənqid atəşinə tutan partiya sədridir. Yəni, o, nadir hallarda ayrı-ayrı qurumları, nazirlikləri ayrıca tənqid edir. Amma görün KTN-də vəziyyət hansı həddə çatıb ki, İ.Ağazadə dilə gəlib. Onun dediklərindən aydın olur ki, İ.Kərimovun Sarbonnada təhsil alması belə idarəçilikdə hər hansı müsbət nəticəyə gətirib çıxarmayıb. Sadəcə, gedib qalstuklu korrupsioner, yerinə gəlib xarici təhsillisi...Bu, kosmetik dəyişiklikdən başqa bir mahiyyət daşımır. Çünki İnam Kərimov nə adına, nə imicinə yaraşmayan işlərlə məşğul olmaqda ittiham edilir. Onun damazlıq heyvan, kənd təsərrüfatı texnikası və gübrənin qiymətini şişirdərək yeyintilərə yol verməsi başqalarından fərqləndirmir. Ümumiyyətlə, İ.Kərimovun nazir təyinatından sonra aqrar sahədə əsaslı dəyişikliklər nəzərə çarpmır. Nə fermerlərin problemləri həllini tapıb, nə subsidiyaların verilməsində irəliləyiş var, nə bazarda məhsuldarlıq, bolluq müşahidə olunur, nə də ucuzlaşma... Hesablama Palatasının 2020-ci ildəki fəaliyyətinə dair hesabatından aydın olur ki, KTN strukturlarında xüsusilə dövlət vəsaitlərinin xərclənməsi sahəsində mühüm problemlər qalmaqdadır. Anaxeber.info yazır ki, son aylarda gübrələrin, biohumus və pestisidlərin alınmasında fermerlərin böyük problemlərlə üzləşdiyi bildirilir. Fermerlər bu məhsulları istədikləri, daha doğrusu, onlara sərf edən satıcılardan deyil, KTN-in siyahısında olan satıcılardan almağa məcbur edilirlər. Gübrələrin, biohumus və pestisidləri fermerlər dövlətin onlara verdiyi aqrar subsidiyanın nağdlaşdırılması mümkün olmayan 75 faizi ilə almalıdılar. Bunun üçün KTN-in siyahısında olan satış mağazalarında xüsusi aparatlar qoyulub, subsidiya kartları yalnız həmin aparatlar vasitəsilə oxunur. Nəticədə fermerlər bu məhsulları bir çox hallarda daha ucuz satandan deyil, nazirliyin tələb etdiyi bahalı mağazalardan almalı olurlar. KTN sistemindəki ciddi problemlər sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb olmaqdadır. İqtisadçı-alim Qubad İbadoğlunun sosial hesabından paylaşdığı bir rəy diqqəti cəlb edir. O, Şəkinin Bideyz kəndində yerləşən qurumuş çay yatağında fındıq bağının salınması faktına diqqət çəkib: “Kənd təsərrüfatı naziri İnam Kərimov bu daşlıqda salınmış intensiv fındıq bağının açılışını edib. Şəkildən də göründüyü kimi, burada torpaq deyilən bir şey yoxdur, yalnız irili-xırdalı daşlardır. Şəkildəki çay yatağında bir yox, min damcılı suvarma sistemi qur, faydası olmaz, orda olsa-olsa kol-kos bitər. Bəs, o zaman belə yerdə bağ salmağın hansı üstünlükləri var? Üstünlüklərini yox, ancaq bu bağı salan məmurların dövlət büdcəsindən nə qədər əvəzsiz subsidiya alacağını deyə bilərik. İ.Kərimovun komandası, kadr təyinatları da Ramiz Mehdiyevsayağı səciyyə daşıyır. Özünə yaxın adamları yüksək vəzifələrə daşıyan nazirin Fransada gördükləri dünyagörüşünə təsir etməyib. Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyevin nazirliyin aparat rəhbəri vəzifəsinə təyinatını götürək. Əslən Biləsuvardan olan yeni aparat rəhbəri nazir İnam Kərimovun həyat yoldaşının qohumudur. Başqa, izahata ehtiyac varmı? O, 2016-2018-ci illərdə Biləsuvarda Kənd Təsərrüfatı İdarəsinin rəisi olub. İ..Kərimov 21 aprel 2018-ci ildə KTN rəhbəri təyin olunandan cəmi 4 ay sonra bu qohumunu da rayondan birbaşa KTN-nin aparatına - Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri vəzifəsinə gətirib. Eyni zamanda ASAN Xidmətdə rəhbər olduğu dönəmdə özünə yaxın kadrları KTN-ə gətirib. Bununla fermer necə ağ günə çıxsın? Bu idarəçiliklə aqrar sektorda biz fərqli nə görə bilərik? Anaxeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|