"İsmayıllı rayon Məşğulluq idarəsinin əlindən cana doymuşam..." - GİLEY
Tarix: 7-07-2021, 09:43 | Çap et
Ölkəmizdə vətəndaşları ən çox narazı salan dövlət qurumlarından biri, hətta birincisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Hansı ki, uzun müddətdir hər gün media gündəmində sözügedən quruma rəhbərlik edən nazir Sahil Babayevin yarıtmaz fəaliyyəti barəsində silsilə yazılar dərc olunur, vətəndaş şikayətləri, videogörüntünülər yayımlanır. Amma, nədənsə bu qədər deyilən sözlər, narazı vətəndaş şikayətləri Sahil Babayevi qətiyyən, zərrə qədər də olsa narahat eləmir. Səlim Müslümovun "atasına rəhmət oxutduran" Sahil Babayev mövcud problemləri aradan qaldırmaq yerinə, hər gün biraz da xalqı qıcıqlandırmaqda davam edir.
Sanki, camaatın səbrinin sonunu görməyi qarşısına məqsəd qoyub.
Əvvəl Sahil Babayevin korrupsioner və istifadəçi komandası öz yaxınlarına, yaxud rüşvət aldıqları şəxslərə saxta yollarla təqaüd düzəltdirib dövlət büdcəsinə şərik qoşdular. Bir neçə il bu minvalla "sandıq"larını doldurduqdan sonra, nazirin ağlına yeni idea gəldi ki, "pensiyaları dayandırsın, təzədən komissiya təşkil olunsun, həqiqi əlilliyi, yaxud hər hansı bir xəstəliyi olan şəxslərə yenidən pensiya təyin olunsun.
Amma, nə xeyri?!
Deyəsən yenə bu nazirlikdə "köhnə hamam, köhnə tas"dır. Çünki, elə gözümüzün önündə mediada o qədər xəstə, əmək qabiliyyətini itirmiş insanlar, Qarabağ qaziləri etiraz edir ki, "Bir neçə aydır mənim pensiyamı kəsiblər, indi də bərpa etmirlər. Get-gələ salırlar."
Sanki, adıçəkilən nazirlik çox düzgün və fəal çalışırmış kimi yeni bir mərkəz, "Məşğulluq mərkəzləri" və "Özünüməşğulluq proqramı" da bu bu Nazirliyin tərkibində yaradıldı.
"Özünüməşğulluq proqramı"nın iştirakçıları bu proqrama qoşulmaqla, təsərrüfatla məşğul olub, Maddi durumunu qismən də olsa yaxşılaşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən dəstək alırlar. İribuynuzlu və xırdabuynuzlu mal-qara, bal arısı, barama və sair ilə təmin olunurlar.
Bu Dövlət dəstəyi bütün Azərbaycan üçün mövcuddur.
Sahil Babayevin onu belə normal idarə etməyi bacarmayan "aciz komanda"sı dövlətin dəstəyini xalqın "burnundan gətirir"lər.
Belə ki, proqram iştirakçılarının çox hissəsi gileylənir ki, "bizə xəstə, qısır, süd verməyən, zəif, yararsız heyvanlar verirlər. Onlar da heç nəyə yaramır. O heyvanlar bizə kömək deyil, əksinə yük olurlar."
Bəzi vətəndaşlara isə ümumiyyətlə mal-qara deyil, əziyyət verirlər. Aylarla, hətta illərlə get-gələ salırlar. Eynilə Redaksiyamıza şikayətçi olan İsmayıllı rayon sakini Rəcəbalıyev Kamil Nazim oğlu kimi.
Kamil Rəcəbalıyev İsmayıllı rayon Mücühəftəran kənd sakinidir. 3-cü qrup əlildir. Nə özü, nə həyat yoldaşı işləmir. 3 azyaşlı övladı var. Sonbeşik övladı miasteniya sindiromludur. Aztəminatlı ailədir. Maddi durumunu yaxşılaşdırmaq, övladlarının dolanışığını təmin etmək məqsədilə iribuynuzlu mal-qara əldə etmək üçün İsmayıllı rayon Məşğulluq idarəsinə müraciət edib.
Gəlin, məsələnin davamını elə Kamil Rəcəbalıyevin özündən öyrənək.
DogruXeber.az informasiya agentliyinə müraciət edən Kamil Rəcəbalıyev deyir:
"Mən İsmayıllı rayon Məşğulluq idarəsinin əlindən cana doymuşam. 2019-cu ildən bəri Məşğulluq idarəsinin yollarında qalmışam.
2019-cu ildə iribuynuzlu mal-qara əldə etmək üçün İsmayıllı rayon Məşğulluq idarəsinə müraciət etmişəm. O vaxtlar Ramil İsayev idi idarənin müdiri. (Yeri gəlmişkən onu da deyim ki, Ramil İsayev qiraətçi Pünhan ismayıllının, eyni zamanda İsmayıllı rayon torpaq şöbəsinin müdiri Sadiq İsmayılovun yaxın qohumudur).
Məşğulluq idarəsində mənə dedilər "qeydə aldıq. Get sənə heyvan veriləcək". Gəldim bir il gözlədim heç bir xəbər çıxmadı. 2020-ci ildə yenidən idarəyə getdim. Artıq idarə müdiri dəyişmişdi. Ramil İsayev müdir vəzifəsindən azad edilib, yerinə Emil Bədəlov müdir təyin olunmuşdu. Ramil İsayev isə hər şeyə rəğmən, yaxınlarının nüfuzu sayəsində müdir müavini vəzifəsinə də olsa yiyələnə bilmişdi. Mən idarədə sual verdim ki, nə qədər gözləməliyəm, artıq bir ilə yaxın müddət keçib? Mənə bildirdilər ki, sən qeydiyyatda deyilsən. Bundan sonra mən orda söz-söhbət yaratdım ki, necə yəni qeydiyyatda yoxam? Ramil İsayevə dedim bəs deyirdiniz qeydiyyata aldıq?! Bundan sonra yeni müdir Emil müəllim dedi: "eybi yoxdur, yenidən qeydiyyata alaq, təmin edərik". Uzun sözün qısası, 2020-ci ildə yenidən məni İsmayıllı rayon Məşğulluq idarəsində qeydiyyata aldılar. Gəldim 1 il də gözlədim yenə xəbər çıxmadı. Bu yaxınlarda millət vəkili Novruz Aslan İsmayıllı rayon Mücühəftəran kənd sakinləri ilə görüş keçirirdi. Yaxınlaşdım problemimi dedim. Novruz müəllim dedi "bu ailə ehtiyaclı ailədir, niyə bu vaxta qədər təmin olunmayıb tələbi?"
Novruz müəllimin köməkçisi Pünhan cavab verdi ki, "iribuynuzlu heyvanlarla bağlı problemimiz var. Kvota dolub, iribuynuzlu heyvan çatışmır. Amma, xırdabuynuzlu ilə təmin edə bilərik." Mən dərhal razılaşdım. Lakin, aradan bir müddət keçdikdən sonra mən yenidən məşğulluq idarəsinə yaxınlaşanda, müdir müavini Ramil İsayev mənə dedi ki, "xırdabuynuzlu heyvan da yoxdur. Kvota dolub. Əgər istəsən keçi, yaxud bal arısı ilə təmin edə bilərik."
Mən qəti şəkildə etiraz etdim və bildirdim ki, "keçi mənim maddi durumumun yaxşılaşdırılması üçün yararlı deyil, arıçılıqdan isə ümumiyyətlə anlayışım yoxdur."
Bundan sonra idarədə söz-söhbət salıb, ordan uzaqlaşdım.
Hörmətli redaksiya: Mən artıq bu qurumun 3 il ərzində məni aparıb-gətirməsindən, sözün əsl mənasında məni ələ salmasından cana doymuşam. Sözügedən dövlət qurumu artıq məni intihar həddinə çatdırıb. Çox xahiş edirəm səsimi Prezidentimə eşitdirməkdə mənə kömək edin."
QEYD: İsmayıllı rayon sakini Kamil Rəcəbalıyev onu da bildirir ki, "Ramil İsayev yaxınlarının nüfuzundan, öz vəzifə səlahiyyətlərindən istifadə edərək, iri və xırdabuynuzlu mal-qaranı şəxsi tanışlıqlarına, həmçinin, "onu görənlər"ə bölüşdürür. Heyvanlar təyinatı üzrə təhvil verilmir."
Bəli, dəyərli izləyicilər, bir daha qeyd edirik ki, Kamil Rəcəbalıyev Sahil Babayev və onun komandasının yarıtmaz fəaliyyətindən narazı olan yeganə vətəndaş deyil. Artıq, bir neçə müddətdir ki, Sahil Babayevin rəhbərlik etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəyinki sıravi vətəndaşları, hətta bu torpaq uğrunda canını qurban verən Qarabağ qazilərini, veteran və şəhid ailələrini lazımsız qərarları, özünün rahatlığından başqa kimsəyə xeyir gətirməyən, yararsız addımları ilə narazı salıb.
Yeri gəlmişkən bütün bunlar barəsində tezliklə DogruXeber.az informasiya agentliyinin rəhbəri Kamal Əsgərovun geniş çıxışı olacaq. Bizi izləməkdə davam edin.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|