"MÜXALİFƏT ƏN AZI 100 İL HAKİMİYYƏTƏ GƏLƏ BİLMƏZ"
Tarix: 6-05-2013, 10:07 | Çap et
Aydın Mirzəzadə: "Müxalifət namizədləri budəfəki prezident seçkilərində də əsasən bir-birlərinin sosial bazasını ələ keçirməyə çalışacaqlar"
Məlum olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva Milli Məclisə Amnistiya Aktı layihəsi təqdim edib. Amnistiyanın 9 min nəfərə şamil ediləcəyi bildirilir. Yeni Azərbaycan Partiyasının Siyasi Şura üzvü, deputat Aydın Mirzəzadə ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı "Reytinq"ə müsahibə verərkən, Amnistiya Aktından da danışıb. - Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü Mehriban xanım Əliyeva növbəti dəfə Azərbaycan parlamentinə amnistiya elan edilməsi ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edib. Amnistiya Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin 90 illik yubileyinə həsr edilir. Bu akt təqribən 2 minə qədər məhbusun, ümumilikdə 9 minə yaxın Azərbaycan vətəndaşının taleyinə təsir göstərəcək. Ağır cinayətlər törətməyən, islah olunduğu bilinən gənc, yaşlı, qadın, ailə başçısı azadlığa çıxa biləcək. Bunun özü həm Mehriban xanımın humanist siyasətinin göstəricisdir, həm də Azərbaycan dövləti bir millət vəkili vasitəsi ilə böyük yubiley ərəfəsində, vaxtilə cinayət törətmiş, amma bu gün islah olunmuş minlərlə vətəndaşının taleyinə xoş təsir bağışlayacaq. Bu, birinci dəfə deyil, Mehriban xanım bundan əvvəl də bir neçə dəfə amnistiya təşəbbüsü ilə çıxış edib, il ərzində bir neçə dəfə əfv fərmanları imzalanıb. Bir sözlə, bu sahədə də Azərbaycan dövləti özünün humanistliyini nümayiş etdirir. - Ancaq müxalifət düşərgəsindən Amnistiya Aktına fərqli yanaşanlar da var. Bəziləri bildirirlər ki, siyasi məhbusların bu aktdan yararlana bilməməsi sənədin yarımçıq olduğunu göstərir... - Təəssüf edirəm ki, müxalifət növbəti dəfə minlərlə insanın taleyinə biganəlik nümayiş etdirir. Müxalifəti ancaq özünün maraqlandığı bir qrup məhbusun azadlığı düşündürür. Amma 9 min nəfər insanın həbsdən azad olunması, onların ailələrinin sevinci nədənsə müxalifət üçün maraqlı deyil. Azərbaycanda siyasi məhbus, siyasi əqidəsinə görə həbs edilənlər yoxdur. Əgər həmin müxalifət nümayəndələri qanunu pozub ağır cinayətlərə görə həbsdə yatırlarsa, bunun məsuliyyətini müxalifətin özü daşımalıdır. Ancaq seçkiqbağı belə bəyanatlar verməklə, onlar özlərinin elektoratını daha da azaldırlar. - Aydın müəllim, son dövrlər beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətinə qarşı tənqidi mövqe tutması mütəmadi xarakter alıb. "Freedom House"un son hesabatında Azərbaycan azad olmayan ölkələr sırasına aid edilib. Bu barədə nə deyə bilərsiz? - "Freedom House"un illik hesabatları bir-birindən fərqlənmir. On illərdir ki, onun ortaya qoyduğu hesabatlarda Aərbaycanla bağlı həmişə mənfi fikirlər yer alır. Azərbaycanda demokratik Konstitusiya qəbul olunur, senzura götürülür, ölüm hökmü ləğv edilir, Avropa Şurasının tələbləri yerinə yetirilir, Avropa Məhkəməsinin qərarları qəbul edilir, Azərbaycan azad cəmiyyətə çevrilir, mətbuat və söz azadlığı təmin olunur, amma "Freedom House" Azərbaycanı azad saymır. Hesab edirəm ki, bu təşkilatın yanaşması qərəzlidir. Çox maraqlıdır ki, bu gün yaşamaq üçün təhlükəli olan Ermənistan belə siyahılarda azad ölkə kimi Azərbaycandan qat-qat qabaqdadır. Bu baxımdan, belə xarici QHT-lərin bəyanatları Azərbaycanda ciddi qəbul edilmir. - BMT-nin İnsan Haqları Şurasının iclasında da Azərbaycana qarşı tənqidi fikirlər səsləndi... - Əgər bu fikirlər hansısa bir konkret şəxs tərəfindən səslənirsə, bunu onun subyektiv fikri hesab etmək olar. Yox əgər bu, hansısa struktur tərəfindən səslənirsə, əlbəttə ki, araşdırılır, müəyyən bir nəticəyə gəlinir. Heç kəs demir ki, Azərbaycanda hər şey idealdır. Azərbaycan normal demokratik və hüquqi dövlətdir. Ola bilsin ki, Azərbaycan hansısa məsələdə bir qədər geridə, hansısa məsələdə isə müstəqilliyin ona verdiyi şansa uyğun olaraq hələ proseslərə yeni başlayır. Bundan Azərbaycanda insan haqlarına, demokratiyaya çox ciddi yanaşıldığı qənaətinə gəlmək olar. Avropanın, digər inkişaf etmiş ölkələrin yüz illərlə getdiyi yolu Azərbaycan 20 il ərzində qət edir. Bir sözlə, Azərbaycan dünya üçün açıqdır, hər bir məsələnin müzakirəsinə hazırdır... - Məlum olduğu kimi, 2013 seçki ilidir. Hakim partiyanın nümayəndəsi kimi seçkiqabağı mənzərəni necə dəyərləndirirsiz? - Bütün ölkələrdə seçkiöncəsi siyasi temperatur yüksəlir, siyasi qüvvələr fəallaşır, öz platformasını açıqlayır, tərəfdarlar toplamağa çalışır. Azərbaycan da bu gün həmin prosesi keçir. Seçki kampaniyası rəsmi surətdə bir neçə aydan sonra başlasa da, artıq əsas namizədlərin adları mətbuatda səslənib, siyasi qüvvələr özlərinin mövqelərini ortaya qoyurlar. Ona görə də hesab edirəm ki, qarşıdakı seçkilərin rəqabətli olacağı gözləniləndir. Azərbaycan bir demokratik ölkə kimi seçkiləri həm öz Konstitusiyasına, həm demokratik təcrübəsinə, həm də Avropa dəyərlərinə uyğun olaraq, vətəndaşların iradəsi çərçivəsində keçirəcək. - Hazırda YAP-da seçki hazırlıqları hansı səviyyədədir? - Yeni Azərbaycan Partiyasının üzvü kimi deyə bilərəm ki, partiyamız daxildə seçki kampaniyasına ciddi hazırlaşır. Təşkilati işlər, siyasi texnologiyalar üzərində iş gedir. YAP üzvləri qarşıdan gələn seçkilərdə bütün resurslarını ortaya qoymaq və cəmiyyətdəki böyük potensialını növbəti dəfə göstərmək əzmindədir. Biz başqa partiyaların da seçkidə iştirak etmək, öz namizədlərini müdafiə etmək hüquqlarına hörmətlə yanaşırıq. Hesab edirik ki, bizim irəli sürəcəyimiz namizəd partiyamızın sədri, indiki prezident cənab İlham Əliyev seçkilərdə favorit olacaq və böyük səslə yenidən qalib gələcək. - Amma seçkiyə 5 ay qalmasına baxmayaraq, İlham Əliyevin özünün bununla bağlı mövqeyi ortada deyil. Bu, qeyri-müəyyənlik kimi qəbul edilə bilər, yoxsa bu da bir taktikadır? - YAP-ın başqa partiyalardan fərqi var. Başqa partiyaların mövqeyi olmadan liderləri öz namizədliyini elan edirlər, sonradan isə partiya həmin bəyanatı təsdiqləyir. YAP isə ümumilikdə 600 minlik üzvünün iradəsini vaxtaşırı səsləndirir, cəmiyyətin mövqeyini öyrənir və öz ali toplantısında namizədini elan edir. İndidən YAP üzvləri budəfəki seçkidə namizədin cənab İlham Əliyev olacağını bildirirlər. - Əvvəlki seçkilərdə hakimiyyətyönlü siyasi qüvvələrin birliyi var idi və YAP-ın namizədinə dəstək verirdilər. Nədənsə son dövrlər bu dəstək görünmür. YAP ehtiyac görmür, yoxsa... - Yeni Azərbaycan Partiyası güclü təşkilat kimi ayrı bir blok yaratmağa ehtiyac duymur. Ancaq bununla belə, bizimlə tərəfdaşlıq edən, cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyən istənilən siyasi təşkilatla əməkdaşlıq etməyə, onlarla birgə seçki kampaniyası aparmağa hazırıq. - Aydın müəllim, seçkiyə gedən opponentlərinizin durumunu necə dəyərləndirirsiniz? - Müxalifət qüvvələri ilk növbədə demokratik mühitdən istifadə edərək özlərinin mövqelərini hərtərəfli ortaya qoyublar. Adları hallanan namizədlərin bir qismi əvvəlki seçkilərdə iştirak ediblər, bir qisminin adı yenidir. Bu baxımdan, qarşıdakı seçkidə hər hansı qeyri-adi hadisənin olacağını gözləmirəm. Birincisi, bu namizədlərin sosial bazaları zəifdir, bir qisminin isə populist çıxışlardan başqa cəmiyyətə təqdim edəcəyi nəsə yoxdur. Ќəzərə alaq ki, bu gün müxalifətin ümumilikdə sosial bazası zəifdir, müxalifətdən olan namizədlər seçici səsi uğrunda deyil, müxalifətin sosial bazasının səsini daha çoxunu qazanmağa çalışacaqlar. Bunun əks-sədası artıq müxalifətin nəzarəti altında olan mətbuat səhifələrində indidən görünür. Bir-birlərini cəsarətsizlikdə, sosial bazanı oğurlamaqda ittiham etmək müxalifət düşərgəsində artıq adi hala çevrilib. Bu gün müxalifət bir-birinin fəaliyyətinə böyük qısqanclıqla yanaşır. Eyni ssenari gedir, bir seçki başa çatdıqdan sonra bloklar yaradılır, danışıqlar aparılır, blok və vahid namizədlə çıxış etmək istəyən qüvvələr hərəsi öz siyasi mənzilinə çəkilərək, öz namizədini irəli sürür. Ona görə də mən deyərdim ki, indiki müxalifət ən azı 100 il hakimiyyətə gəlmək iqtidarında deyil. Müxalifət namizədləri budəfəki prezident seçkilərində də əsasən bir-birlərinin sosial bazasını ələ keçirməyə çalışacaqlar. Bu isə onlara heç bir uğur vəd eləmir. Təbii ki, bu, onların seçimidir. Hakim partiya nə onların işinə qarışır, nə də hər hansı məsləhət vermək fikrindədir. Biz öz namizədimizin təbliğində, onun tərəfdarlarının daha çox olmasında maraqlıyıq. Bu istiqamətdə Konstitusiyanın və qanunun bizə verdiyi imkanlardan maksimum istifadə etməyə çalışacağıq. - Müxalifət düşərgəsində hazırda Milli Şuranın yaradılması və daha geniş birlik modelinin ortaya qoyulması istiqamətində müzakirələr gedir. Bu barədə nə düşünürsüz? - Əslində, Milli Şuranın nə olduğunu nə bu ideyanı irəli sürənlər, nə də onu təbliğ edənlər axıra qədər dərk edə bilmədilər. Əgər bu, hansısa ümumi orqandırsa, belə orqanlar müxalifətdə kifayət qədərdir və bunun səmərəsizliyi ortadadır. Yox, yeni bir strukturdursa, heç bir müxalifət partiyası yeni bir strukturda təmsil olunmaq arzusunu bildirməmişdi. Sadəcə olaraq, bir neçə nəfər bu layihə vasitəsi ilə siyasi imic qazanmaq, tərəfdarlarının sayını çoxaltmaq istəyirdi, amma belə götürəndə nəinki cəmiyyətdə, heç müxalifət daxilində də bu ideyaya maraq yaranmadı.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
|