RƏQQASƏMİZİN "MARSA GEDİŞ"İ YUBANDI
Tarix: 13-05-2013, 10:20 |
Çap et
Milli.Az xəbər verir ki, hind rejissoru Pritiş Çakrabotinin ekranlaşdıracağı “Marsa gediş” filmində baş rolu canlandıracaq tanınmış azərbaycanlı rəqqasə Oksana Rəsulova çəkilişlərdə iştirak etmək üçün bu həftə sözügedən ölkəyə səfər etməli idi.
Əməkdaşımızla telefon söhbətində Oksana bildirdi ki, səfər ayın sonuna kimi təxirə düşüb: “Rejissorla mütəmadi olaraq əlaqə saxlayıram. Əslində çəkilişlər mayın 15-dən sonra başlamalı idi.
Sadəcə olaraq, vaxt dəyişikliyi edilib. Çox güman ki, ayın sonlarında hər şey tamamlanacaq. Çəkilişin vaxtı dəqiqləşdirildikdə Hindistana gedəcəyəm”.
Qeyd edək ki, rəqqasənin iştirak edəcəyi çəkilişlər bir ay davam edəcək.