"İLK DƏFƏDİR MƏNFİ ROLA DƏVƏT ALIRAM"
Tarix: 17-05-2013, 09:46 |
Çap et
Hamının “Aramızda qalsın” serialından Ceyla obrazı ilə tanıdığı aktrisa Şəhanə Yusifova yeni bir seriala dəvət alıb. Aktrisa sənətindəki yenilikləri Milli.Az ilə bölüşüb:
“Bu yaxınlarda bir yeni serialda mənfi rola dəvət almışam, artıq çəkilişlərimiz başlayıb. Amma serialın adını, hələ ki, açıqlaya bilmərəm. Onu deyim ki, ilk dəfədir mənfi rola dəvət alıram. Çox məsuliyyətli bir roldur. Bu yaxında isə Adil Azayın rejissoru olduğu “Son hədd” serialının “Fələk də yıxa bilməz” adlı bölümü efirdə göstərildi. Bu serialda isə tam psixoloji bir qadın rolunu oynayırdım. Ailəli, övladı olan bir qadını canlandırmaq çox məsuliyyətli iş idi. Bundan sonra da belə psixoloji rollarda oynamaq istərdim, çünki belə rollar məni gələcəkdə gözəl ailə başçısı olmağa hazırlayır. Ümid edirəm ki, serial tamaşaçıların sevgisini qazanıb. “Son hədd” ümumi addır, bir neçə bölüm serialdan bəhs edir. Hər bölüm də həyatda baş vermiş hadisələrdən götürülüb”.