"O MƏNİ BAŞA DÜŞÜR, SƏNƏTİMİ DƏSTƏKLƏYİR"
Tarix: 20-05-2013, 10:30 | Çap et
Aktrisa və teleaparıcı Lalə Məmmədovanın Milli.Az-a müsahibəsi.
- Lalə xanım, incəsənətə gəlişiniz haqda qısaca məlumat verə bilərsiniz?
- İncəsənətə gəlməyimə atam icazə vermirdi. Amma mən gizlincə sənədlərimi aparıb İncəsənət Universitetinə verdim və imtahanlara hazırlaşdım.
- İncəsənət Universitetinə qəbul olunduğunuzu biləndən sonra atanızın sizə qarşı münasibəti necə oldu?
- Mənim ən sevimli rəqəmim 111 idi və mən də imtahan vermək üçün 111 nömrəli məktəbə düşmüşdüm. Ürəyim çox rahat idi. Cavabları yoxlayana qədər ürəyim döyünürdü. Hətta yolda bir kişinin əlində cavab jurnalını görəndə xalamqızı üçün sualları yoxlamaq istədiyimi ona bildirdim və cavabları yoxladım. Sevincimdən atamın iş yerinə necə getdiyimi bilmədim. Əsas məsələ bunu ona demək idi. Sözün düzü, bu sevincimi atam heç də yaxşı qarşılamadı. Hətta ilk dərs günü məni maşınla universitetə gətirib, maşından düşən zaman mənə dedi ki, özünə sənət tapmadın? (gülür).
- Bildiyimə görə, bir neçə teatr dəyişmisiniz, amma hazırda teatrda çalışmırsınız... Teatrda sizi özünə cəlb etməyən nə oldu?
- Səhnə mənim üçün həyatımın yarısı demək idi. Buna baxmayaraq bu gün heç bir teatrda çalışmıram. İlk tərk etdiyim teatrdan sonra mənə digər teatrda işləməyə mane olanlar oldu. Hansı teatra gedirdimsə, tapşırılırdı ki, işə götürülməyim. Yeganə Bakı Uşaq Teatrında tapşırıq keçmədi. Bu teatra ilk gəldiyim gün məni ştata götürdülər. İki il o teatrda işlədim, sonradan müəyyən səbəblərə görə teatrı tərk etdim. Məncə, aktrisa üçün məkan yoxdur. Mənim səhnəm də, teatrım da, rejissorum da, rollarım da ürəyimdədir. Teatrda çalışmamaq olar, amma sənət sənətçinin ürəyindədir. Teatrda çalışarkən bir şeyi anladım ki, sənəti və sənətçiləri dəyərləndirmirlər. Təəssüf ki, istedad indi arxa planda qalıb.
- Teatr aktyor üçün böyük məktəbdir. Teatrda çalışmamağınız sənətinizdə nəyəsə mane olmadı ki?
- Teatrda işləməkdən zövq alırdım. Mən səhnəni o qədər sevirdim ki, mənim üçün başqa heç nə yox idi. Səhnəni indi də daxilimdə çox sevirəm. Amma səhnəyə görə heç kimdən, heç nədən keçmək istəməzdim.
- Adətən aktrisanın yaradıcılığı çoxşaxəli olur. Sizdə necədir?
- Hazırda teleaparıcı kimi çalışsam da, mən ilk növbədə aktrisayam. Hərdən cizgi filmləri dublyaj edirəm. Arada çəkildiyim filmlər, reklam çarxı və kliplər olur. Bundan əlavə, rəqslə də məşğul oluram. Peşəkar rəqs etməsəm də, aktrisa üçün pis deyil (gülür).
- Hər səhər bizi “Salam, Azərbaycan” deyə salamlayırsınız. Bu sizin ilk aparıcısı olduğunuz verilişdir, yoxsa bundan öncə özünüzü bu sahədə sınamışdınız?
- “Salam, Azərbaycan” verilişinə gəlməyimə görə Vahid Mustafayevə təşəkkür edirəm. Mənim və tərəf-müqabilim, Musiqili Komediya Teatrında aktyor kimi çalışan Ruslan Mürsəlovun bu verilişə gəlməyimiz təsadüfi oldu. Biz ikimiz də “Ağabəyovlar” serialında çəkilirdik. Vahid müəllim bizə aparıcı kimi işləməyi təklif etdi və bizim bu yükü daşıyacağımıza inandı. Çalışırıq ki, onun inamını doğruldaq. İlk vaxtlar çox həyəcanlı idim, amma bu gün nisbətən o həyəcan yoxdur (gülür).
- Sizi müğənni Lalə Məmmədova ilə səhv salan olubmu?
- Hə, bir dəfə olub (gülür). AzTV-də “Benefis” verilişində iştirak edirdim, bu verilişə görə mənə qonorar yazmışdılar. Qonorarı götürməyə gedəndə onlar bunun müğənni Lalə Məmmədovaya çatmalı olduğunu söylədilər. Amma sonradan hər şeyi anladılar. Lalə Məmmədova verilişimizdə qonaq da olub. Adımı və soyadımı eşitmək çox xoş idi (gülür).
- Gününüz maraqlı keçir?
- Demək olar ki, bu barədə şikayətim yoxdur. Şükür Allaha, verilişdə olanda o 3 saatda, heç olmasa, üzümdən gülüş əskik olmur. Onu da deyim ki, mən pozitiv insanam. Ən böyük problemim olsa belə, yenə də şükür edib, yoluma davam edirəm. İndi daha da xoşbəxtəm... Çünki...
- Çünki?
- Çünki artıq sevirəm. Uzun müddət sevgiyə inanmadığım halda. Bollivud filmlərində arzuladığım sevgini artıq həyatda tapmışam (gülür).
- İlk elə başa düşdüm ki, söhbət hind filmlərinin məşhur qəhrəmanı Şahrux Xandan gedir...
- Şahruxun öz qəhrəmanı Rahula sadəcə mənim qəlbimdə sevgi formalaşmışdı. Əvvəl elə düşünürdüm ki, bu bir nağıldır. Artıq həyatda öz Rahulum var. Mən bir şeyi başa düşdüm ki, kimsə haradasa bizim üçün doğulub. Əsas "sevgilim" sözu yox, sevgi uğrunda sevgilisinin üzündə gülüşə səbəb olan birini tapmaqdır. Mən bunu tapdım, amma yenə də Allahın qisməti.
- Toyunuz haqda nə düşünürsünüz?
- Mənim üçün sevgi dəbdəbəli toy, gəlinlik deyil. Düzdür, gəlinlik geyməyi arzulayıram, amma gəlinlik iki insanın daxilində nə sevgini azaldar, nə də çoxaldar. Düşünürəm ki, toy cəmiyyət üçündür.
- Gələcək həyat yoldaşınız sizin efirdən getməyinizi istəsə...
- Mən onun bu istəyini sevə-sevə yerinə yetirərəm. Çünki qadının xoşbəxtliyi onun ailəsidir. Demirəm, içimdə öldürərəm, amma o bacarıqlarımı ailəm üçün, övladlarım üçün saxlayaram. O məni başa düşür, sənətimi dəstəkləyir. Sadəcə, elə filmlər ola bilər ki, çəkilməyimə icazə verməyə bilər.
- Amma sizin kimi fikirləşən sənətçilər çox azdır...
- Mən hər kəsin fikrinə hörmətlə yanaşıram, amma ailəmi sənətimə qurban vermərəm.
- Lalə xanım, fərqli fotosessiyalarınızı gördüm... Sizi kimlərəsə bənzətdim...
- Bir çox rejissorlar mənim aktrisa Odriyə, Monika Beluççiyə bənzədiyimi deyirdilər. Rəfiqəm Sahibə Nəzərova isə məni Xema Maliniyə bənzədirdi (gülür). Mən çox tez dəyişilirəm, adi bir saç düzümü dəyişilməyim üçün kifayət edir.
- Bizə sirr verə bilərsinizmi? Söz verirəm sizə, “sirr” kimi də qalacaq...
- Mənim əslində sirrim yox, arzularım var (gülür). Ən böyük arzum döyüşçü qadın obrazı oynamaqdır.
- Türkiyədən sizə filmə çəkilmək üçün dəvət gəlsə, gedərsiniz?
- Əslində bizdə də gözəl rejissorlar var. İcazə versələr, əlbəttə ki, gedərəm.
- Ad gününüzü adətən necə keçirirsiz? Partilərə getməyi sevirsiniz?
- Mən əslində partilərə getməyi sevmirəm. Çox nadir hallarda partilərə gedə bilərəm. Atam rəhmətə gedəndən sonra ad günümü xüsusi qeyd etmirəm. Sağ olsunlar, rəfiqələrim ad günümü keçirirlər.
- Lalə xanım, fala inanma, faldan da qalma deyiblər. Siz necə, falçıya getmisiz?
- Mən əslində ibadət edirəm, gərək belə inanclara inanmayım. Bir mif kimi fala inanıram. Düzünü deyim ki, bir dəfə falçıya da getmişəm. Rəfiqələrim gedirdilər, mənə də çox maraqlı gəldi.
- Falçı sizə nə söyləmişdi?
- Falçılar psixoloqdurlar (gülür). Hamıya dediklərini mənə də söyləmişdilər. Falçı mənə demişdi ki, mən işimi dəyişəcəyəm. Amma bu bir neçə il əvvəl olub.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
|