Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                 

"İNDİKİ ZƏMANƏDƏ KİŞİ OLMAQ ÇƏTİNDİR"
Tarix: 21-05-2013, 08:52 | Çap et
"İNDİKİ ZƏMANƏDƏ KİŞİ OLMAQ ÇƏTİNDİR"
Xoş gördük, dəyərli oxucular. Bu yazını oxuyursunuzsa, deməli, ömrün növbəti anı bizi yenidən qovuşdurub.

Bəli, “Ömrün anları” rubrikasının bugünkü qonağı xalq artisti Yalçın Rzazadədir.

- Sizinlə dərs dediyiniz Mədəniyyət və İncəsənət universitetində görüşürük. Çox yormurmu dərslər sizi?
- Mən həyatda hər şeyə ciddi yanaşıram, istəyirəm ki, gələcək nəsil nəsə götürə bilsin. Tələbələrimdən soruşanda ki müəllimin kimdir, ürəklə deyə bilsinlər ki, Yalçın Rzazadədir, adıma layiq olmağa çalışıram. Mən tələbələrimi əsla məcbur etmirəm ki, filan mahnını oxu, sadəcə məsləhət görürəm. Əgər o mahnı onun içindən gəlmirsə, ifa etmək istəmirsə, deməli, olmayacaq, alınmayacaq.
- Tələbələriniz kimdən dərs aldıqlarının fərqinə varırlarmı?
- Əlbəttə fərqinə varırlar, ümumiyyətlə, tələbələrim məni çox istəyirlər. Çünki mən onlara həm müəllim, həm də dost kimi yanaşıram. Dərdlərinə şərik oluram, hər hansısa bir mahnını oxumaq üçün kefinin olmadığını görüb onları anlamağa çalışıram.
- Sizcə, yaşadığımız dövrdə sənətə və sənətkara qiymət varmı?
- Mən belə bir misal çəkim sizə: Birinin səsi var, yaxşı məktəb keçib, gələcəyi parlaqdır, amma onun gündəmə gəlməsi üçün, efirlərə çıxması üçün, mahnılar yazdırması üçün pul lazımdır. İndi siz düşünün ki, imkanı olmayan tələbə nə etməlidir? Bu gün imkanı olmayan istedadlı bir gəncin özünü tanıtması çox çətindir.
- Bəs sizə verilən dəyərdən necə, razısızmı?
- Bəli, mən imkan versəm, bütün həftə boyu telekanallardan, efirlərdən düşmərəm, amma buna mənim nə vaxtım var, nə də imkanım. Çünki mən tamaşaçılara qarşı çox həssasam, tez-tez efirə çıxacağamsa, gərək təkrar mahnılar oxumayım, geyimlərim fərqli olsun. Hamısından vacib məsələ də budur ki, mən hər verilişə getmirəm, getdiyim verilişin qonaqları, mövzusu haqda məlumat alıram, sonra qərar qəbul edirəm, çünki mənə yaraşmaz hər verilişdə gedib oturmaq. Dünyanın 54 ölkəsində olmuşam, böyük səhnələrdə çıxışlar etmişəm, amma bütün bunlara baxmayaraq, mənə “təkrarsız sənətkar”, “əvəzolunmaz sənətkar” deyilməsini sevmirəm, təvazökarlığımdan irəli gəlir. Bir dəfə oğlumu yolda saxlayıb demişdilər ki, Yalçın müəllimin əllərindən öpürük, o şəxsiyyətdir, kişi kimi oğlandır. Mən bu qədər təriflərin içindən bir şəxsiyyət, bir də kişi sözünü seçdim. Çünki şəxsiyyət olmaq çətindir, indiki zamanda kişi olmaq çox çətindir.
- Müxtəlif musiqi yarışmalarında jüri olaraq iştirak edirdiniz. Bəs indi həmin yarışmalara və münsiflərə baxanda heyfsilənirsiniz ki, sizi də orda əyləşdiriblər, onları da?
- Xeyr, qətiyyən. Əslində, mən bacardıqca elə yarışmalardan qaçmağa çalışıram. Birinin istedadı var, imkanı yoxdur, qalib ola bilmir, digərinin istedadı yoxdur, imkanı yaxşıdır, qalib olur və nəticədə ədalətsizlik ortaya çıxır.
- Uşaqlıq və gənclik illərinin Yalçını ilə bu günün Yalçın Rzazadəsi arasında fərq çoxdur?
- Fərq, demək olar ki, həm var, həm də yoxdur. Mən ziyalı ailəsində böyümüşəm, atamın vəzifədə çalışmasına baxmayaq, bütün əziyyətləri görmüşəm. Yeşik də mıxlamışam, yük də daşımışam, balıqçılara tor atmaqda köməklik edib əvəzində balıq almışam. Qışda məktəbə gedəndə imkansızlıqdan ayaqqabım, qalın geyimim olmurdu, məcburən əynimdə olan geyimlərlə getməli olurdum. Bu çətinlikləri sənətkar olmağımda sanki həyatın bir sınağı hesab edirəm. Məhz o vaxtdan təmiz yaşamağın tərəfdarı olduğumçün bu gün alnım açıqdır. Baxmayaraq ki, çətinliklərim çox olub, mən bu gün yenə də o illərə qayıtmaq, uşaq olmaq istərdim.
- Niyə insan gələcəyə deyil, keçmişə can atır?
- Zəhmətkeş olduğuma görə bəzən əsəblərim gərilmiş olardı, məhz o anlarımda gəlib başımı anamın dizlərinin üstünə qoyardım, onun bircə xoş sözü, nəvazişi mənə bütün dərdimi unutdurardı. Anam mənim həm də dostum idi, onu əvəz edən ikinci bir adam yoxdur. Problemlər artdıqca hiss edirsən ki, artıq boğulursan problemlərin içində, buna görə insan keçmişə nəzər edir, o günlərə qayıtmaq istəyir. Sənətkarın gərək xırda problemləri olmasın, düşünməsin ki, evində yeməyə nəsə var, ya yox.

- Səhnəyə ilk gəldiyiniz günü necə xatırlayırsınız?
- Mən böyük səhnələrə qədəm qoyduğumçün müəllimlərimə minnətdaram. İnsan yaşa dolduqca yaşında problemlər yaranır, amma mən bu problemləri, Allaha şükür olsun ki, özümdə görmürəm, əksinə, səsimin imkanları daha da artır. Bir də anama çox borcluyam ki, mənə hər zaman dəstək olub, istər geyim, istərsə də mənəvi baxımdan dəstək verib. Bildiyiniz kimi, bu insanların sayəsində mən Azərbaycan səhnəsinə özünəməxsusluq gətirdim, zəncirləri qırdım. Bəlkə də elə buna görə məni artıq heç nəylə təəccübləndirmək mümkün deyil.
- İlk sevdiyiniz anı və sevdiyiniz şəxsi necə xatırlayırsınız?
- Sevgi olmasa, yaradıcı insana yaşamaq çətin olar. Əlbəttə ki, ilk sevgim də, məni sevənlər də yadımdadır. Mənim sevdiyim ilk xanım coğrafiya müəlliməm olub. Bu o qədər saf sevgi idi ki, bu gün də onun adı yadımdadır. Müəlliməm də bilirdi ki, mən onu sevirəm. Təbii ki, uşaqlıq sevgisi idi bu. Sevgi çox gözəl hisdir, insan sevdiyi üçün hər şey edər, hətta ölümü belə gözə alar. Allah heç kəsi nakam sevgilərə sürükləməsin.
- Sevginizi hansı şeirlə tərənnüm edərdiniz?
- Əqlimlə qəlbimin başqadır yolu,
Hər biri bir yolda puç edir məni.
Birisi sevdadan uzaqlaşdırır,
O biri sevdaya tuş edir məni.
- Oxuculara bugünlük son sözünüz...
- Mən Azərbaycanı və xalqımı həyatım qədər sevirəm. Millətimin yaxşı günü də, pis günü də mənimdir. Xalqıma mənə olan sevgisinə görə minnətdaram. İstəyirəm bilsinlər ki, onlar məni nə qədər sevirsə, mən onlardan da qat-qat artıq sevirəm, xalqımın sevgisidir məni yaşadan. Var olsunlar hər zaman!









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru