"SURİYA ADLI DÖVLƏT QALMAYACAQ"
Tarix: 21-05-2013, 10:41 |
Çap et
"VƏZİYYƏT BELƏ DAVAM ETSƏ"...Suriya məsələsində beynəlxalq cəmiyyət legitimliyini itirib.
SalamNews-un NTV-yə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik bildirib.
O deyib: “Suriyadakı vəziyyət Bosniyadan daha da dəhşətlidir. Baxın Misirdə, Tunisdə, Liviyada, Ərəb inqilabının olduğu yerlərdə bir keçid təmin edildi, amma ölkənin infrastrukturu qorundu, o cəmiyyətin həyatını gələcəyə doğru davam etdirəcəyi fundamental mexanizmlər qorundu. Əgər ölkədəki daxili qarşıdurma bir az daha davam etsə km qazanırsa qazansın Suriya deyə bir ölkə qalmayacaq.”