"TEZ-TEZ TELEFONUMU YOXLAYIR"
Tarix: 22-05-2013, 11:20 |
Çap et
Bu yaxınlarda ailə həyatı quran müğənni Kəmalə Qaramollayeva həyat yoldaşı Teymurla birgə efirə çıxıb.
Axşam.az-ın məlumatına görə, sənətçi ATV telekanalında yayımlanan “Onlar” verilişində çox xoşbəxt olduğunu deyib.
Kəmalənin sözlərinə görə, həyat yoldaşı ona qarşı heç bir qadağa tətbiq etmir:
“Teymur sənətimlə bağlı qadağa qoymur. Müğənniliyə davam edəcəyəm. Amma ilk gündən deyib ki, şəxsi həyatını reklam etmə”.
Kəmalənin səsini çox sevən həyat yoldaşı Teymur isə onun qısqanc olduğunu bildirib:
“Kəmalə çox qısqancdır. Telefonumu tez-tez yoxlayır”.