ŞOK: ZƏRDÜŞT ƏLİZADƏDƏN SİLAHLI ÜSYAN ÇAĞIRIŞI
Tarix: 22-05-2013, 12:22 |
Çap et
“Müxalifətin aktivliyi yalnız öz aralarında görüşmək, yığışıb danışmaq və bəyanat verməkdən ibarətdir. Müxalifət nümayəndələrinin əhali ilə danışmasına hökumət imkan vermir. Hakimiyyət zor gücünə hər şeyi tam nəzarətdə saxlayır”
Bu sözləri FaktXeber.com-a politoloq Zərdüşt Əlizadə seçki qabağı ölkədəki siyasi aktivliklə bağlı açıqlama verərkən qeyd edib. Müsahib qeyd etdi ki, iqtidar, müxalifət namizədlərin və nümayəndələrin hüquqlarını kobud şəkildə pozaraq xalqla görüşməyə icazə vermir: “Belə getsə heç nə dəyişməyəcək. Ölkədəki vəziyyətin dəyişməsinin iki yolu var. Ya xalq silaha sarılaraq öz hüquqları uğrunda silahlı üsyana qalxmalıdır, ya da ki, 200-300 minlik mitinq baş tutmalıdır ki, hökumət xalqın hüquqlarını tanısın. Əks halda Azərbaycan iqtidarı yağlı tikə hesab etdiyi hakimiyyəti əldən verməyəcək. Qanun, insaf, Allah kimi amillərin bunlara heç bir aidiyyəti yoxdur. Onların Allahı puldur.”