"BU XANIMIN TƏQDİMATA EHTİYACI YOXDUR"
Tarix: 25-05-2013, 08:39 |
Çap et
Milli.Az xəbər verir ki, bu gün, yəni mayın 25-də Bakıda Buta Palace-ın səhnəsində tanınmış türkiyəli ulduz Sərdar Ortac möhtəşəm konsert proqramı ilə çıxış edəcək.
Konsertin təşkilatçısı "Səs organization"ın rəhbəri Nahid Emiloğlu oxucularımızı məlumatlandıraraq bildirdi ki, artıq proqramın aparıcısının kimliyi də dəqiqləşib:
“Əslində bu xanımın təqdimata ehtiyacı yoxdur. Söhbət teleaparıcı Nanə Ağamalıyevadan gedir. Əminliklə deyirəm ki, özünəməxsusluğu ilə həmkarlarından seçilən Nanə öz missiyasını layiqincə yerinə yetirib Sərdar Ortac konsertini bayrama çevirəcək”.
Bakılı pərəstişkarları üçün inanılmaz şou vəd verən Sərdar Ortacı 22 nəfər musiqiçisi müşayiət edəcək.
Öncə səhnədə 40 dəqiqəlik proqramla azərbaycanlı müğənni Zarina Məmmədova və Türkiyənin tanınmış dj-lərindən biri Uğur çıxış edəcəklər.