YAP-IN QURULTAYINDA "TƏMİZLƏMƏLƏR" OLACAQ
Tarix: 31-05-2013, 11:27 |
Çap et
DAXİLİ GƏRGİNLİK BUNU DİQTƏ EDİRHakim Yeni Azərbaycan Partiyasının (YAP) qurultayında xeyli sürprizlər gözlənilir. YAP-dakı mənbəmiz məlumat verir ki, qurultayda hakim partiyanın strukturlarında təmizləmələr həyata keçiriləcək. Xüsusilə, seçkili orqanlara hakim partiyanın bəzi tanınmış üzvləri buraxılmayacaq. Mənbənin sözlərinə görə, bu YAP daxilindəki narazılıqla bağlıdır.
“Hakimiyyət daxilindəki ziddiyyətlər YAP-a transfer olunub. Partiyada vəziyyət YAP-ın Əli Əsədovun nəzarətinə veriləndən sonra daha gərginləşib. Hətta iş o yerə çatıb ki, bəzi YAP-çılar açıq şəkildə rəhbərlikdən narazılıq edirlər. Qurultayda da məhz həmin YAP-çıları kənarda saxlamaq istəyirlər”, deyə mənbə vurğulayıb.
Qaynağımız əlavə edib ki, qurultaydan sonra partiyadakı ziddiyyətlər daha da kəskinləşə bilər. Hətta kütləvi istefalar mümkündür.
Xatırladaq ki, YAP-ın qurultayının iyun ayında keçirilməsi nəzərdə tutulur. \ azadlıq \