"YAP-IN BAŞQA NAMİZƏDİNİN OLMASI BARƏDƏ SÖHBƏT BELƏ GETMƏYİB"
Tarix: 4-06-2013, 11:42 | Çap et
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytının suallarını cavablandırıb.
- YAP iyunun 7-də qurultay keçirməyə qərar verib. Gündəlikdə hansı məsələlər var?
- Əsas məsələ YAP-ın prezidentliyə namizədinin irəli sürülməsi, bununla bağlı qərarın verilməsidir. Qurultaya hazırlıq üzrə konfranslarda iştirak edən bütün nümayəndələr, orada çıxış edənlər, bütövlükdə həmin ərazinin seçiciləri birmənalı şəkildə prezident İlham Əliyevin namizədliyini irəli sürüblər. Konfrans iştirakçıları, seçicilər qurultay nümayəndələrinə səlahiyyət veriblər ki, onların adından bu təklif səsləndirilsin, cənab İlham Əliyevin namizədliyi irəli sürülsün.
- Gündəlikdə təşkilati məsələlər də varmı?
- Bu, qurultayın qərarından asılıdır. Toplananda müəyyən məsələlərə baxılması orada verilən qərardan asılı olacaq. Partiya üzvləri bir araya gəlirsə, orada müəyyən məsələlərə də baxmaq olar.
- YAP rəhbərliyi bəyan etmişdi ki, prezident seçkisinə start veriləndən sonra qurultay keçiriləcək və partiyanın namizədi irəli sürüləcək. Qurultay üçün elan olunan ilkin tarix avqust ayı idi. Vaxtı niyə dəyişdiniz?
- Burada iki məsələ vardı. Bizim seçki planımız birillik nəzərdə tutulur. Qurultayın keçirilməsinin və namizədin irəli sürülməsinin avqusta nəzərdə tutulması Seçki Məcəlləsində olan müddəa ilə bağlı idi. Məcəllədə olan müddəaya əsasən, namizəd seçki elan olunduqdan sonra irəli sürülür. Amma digər maddədə deyilir ki, namizəd istənilən vaxt irəli sürülə bilər. Bununla bağlı məsləhətləşmələr getdi, müəyyən məsələlər dəqiqləşdirilirdi. Hüquqi cəhətdən problem olmadığı müəyyənləşdi, namizədimizi iyun ayında irəli sürməyimizin daha münasib olduğu qənaətinə gəldik. Bütün bunları nəzərə alaraq qurultayı iyunda keçiririk.
Bizim ilkin planımızda qurultayın keçirilməsi həm iyun, həm də avqusta nəzərdə tutulmuşdu. Seçki Məcəlləsi ilə əlaqədar müəyyən məsələlərə baxdıqdan və dəqiqləşdirmə apardıqdan sonra qurultay iyuna təyin edildi. Burada qeyri-adi heç nə yoxdur.
- Bunu həm də “YAP-ın namizədi kim olacaq” sualına son qoymaq üçün atılmış bir addım kimi qiymətləndirmək olarmı?
- Əvvəl gündən hər bir insan YAP-ın prezidentliyə namizədi kimi birmənalı şəkildə partiya sədri, prezident İlham Əliyevi dəstəkləyib. Bir il əvvəl də belə olub, indi də belədir. YAP-ın yekdil qərarı cənab İlham Əliyevin namizəd olmasından ibarətdir. Bu söz-söhbəti ortaya atan bəzi müxalifət partiyaları və mətbuat orqanlarıdır. Heç vaxt YAP-ın başqa namizədinin olması ilə bağlı söhbət getməyib. Bu ancaq araqarışdıranların əməlləridir.
- Qurultayda YAP-ın namizədinin başqa şəxs olması haqda qərar verilmə ehtimalı varmı?
- Yeni Azərbaycan Partiyasının altı yüz mindən artıq üzvü, o cümlədən Azərbaycan cəmiyyəti, əhali ümummilli lider Heydər Əliyev siyasətinin davam etməsini istəyir. Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyada özünə yer tutması, son on ildə iqtisadi inkişaf, sosial problemlərin həll olunması, dövlət büdcəsinin gəlirlərinin artması və bütün bu kimi irəliləyişləri nəzərə alaraq xalqın bizdən bir tələbi var: növbəti prezident seçkisində Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin namizədliyi irəli sürülsün.
- YAP qurultayın vaxtı və prezidentliyə namizəd olması ilə bağlı partiya sədri İlham Əliyevin razılığını alıbmı?
- Bu, partiyanın qərarıdır. Hər bir partiya üzvü də partiyanın çıxardığı qərara tabe olur.
- O cümlədən partiya sədri...
- Xeyr, bizdə partiya sədri istisna təşkil edir. Bizim nizamnamədə göstərilib ki, sədrin qurultayı çağırmaq barədə xüsusi səlahiyyəti var.
- İyunun 7-də keçiriləcək qurultayı sədr çağırıb, yoxsa İdarə Heyəti?
- Hamı birlikdə. Bizdə qərar kollektiv şəkildə qəbul olunur.
- İdarə Heyətinin sonuncu iclası nə vaxt olub? İlham Əliyev iclasda iştirak edirdimi?
- Prezidentin iclasda iştirak edib-etməməsinin məsələyə aidiyyəti yoxdur. Amma gündəlik və qəbul olunacaq bütün qərarlar partiya sədri ilə razılaşdırılır.
- O cümlədən namizəd olmaq məsələsi...
- YAP iqtidar partiyasıdır. İqtidar partiyasında sədrsiz hər hansı bir qərar qəbul olunmur. Gündəliyə əsas məsələ olan namizədin irəli sürülməsi daxil edilibsə, deməli, sədrin razılığı alınıb. Biz dərnək, ictimai təşkilat deyilik ki, sədrsiz qərar verək.
- Qurultayda YAP-ın namizədin müəyyənləşdirilməsinin, yaxud elan olunmasının İdarə Heyəti və ya Siyasi Şuraya tapşırılması ehtimalı varmı?
- Namizəd qurultayda irəli sürülür. Digər məsələlər, yəni səlahiyyətli nümayəndələrin təyin olunması, namizədin irəli sürülməsi sahəsində hüquqi addımların atılması Siyasi Şuraya həvalə olunacaq.
- Partiyada üç sədr müavinindən ikisi hazırda fəaliyyətdə deyil. Sirus Təbrizli partiyadan çıxarılıb, Murtuz Ələsgərov dünyasını dəyişib. Müavinlər məsələsinə də baxılması gözlənirmi?
- Qurultayın qərarından asılıdır.
- Ehtiyac varmı?
- Qurultayın gündəliyində hələ ki, əsas bir məsələ var. Bu da namizədin irəli sürülməsidir.
- Müxalifət partiyalarını dəvət etmisinizmi?
- Bu, işgüzar qurultaydır, sırf qurultay nümayəndələri cəlb olunub. Dəvətli şəxs yoxdur.
- YAP üzvü, keçmiş deputat Maksim Musayev qurultaya dəvət olunmamasından narazıdır. Keçmiş deputatlar Musa Musayevi, Alqış Həsənoğlunu qurultaya dəvət etmisinizmi?
- Musa Musayev qurultay nümayəndəsidir, Nəsimi rayon təşkilatı onu qurultaya nümayəndə seçib. Bilirsiniz, burada nümayəndəlik norması müəyyənləşib. Təxminən 600 min nəfər partiya üzvü var, hər biri qurultayda iştirak etməyə layiqdir. Amma hamısını bir yerə yığmaq qeyri-mümkündür. Ona görə də təxminən min nəfərə bir nəfər nümayəndəlik norması müəyyənləşib. Ən fəal insanlar qurultaya cəlb edilir. Həm də yaş senzinə və cinsə görə balans gözlənir. O adam qurultaya seçilir ki, partiya ilə mütəmadi əlaqə saxlayır, təşkilatın həyatında aktiv iştirak edir. Bu baxımdan heç bir incikliyə ehtiyac yoxdur. Qurultaya 83 şəhər və rayon təşkilatından 780-ə yaxın nümayəndə seçilib. Konfransda iştirak etmiş nümayəndələr elə qurultayda iştirak etmiş kimidir. Çünki onlar da öz nümayəndələrini seçir.
- Son zamanlar partiya üzvlərinin narazılığı artır...
- Mən elə bir narazılıq görmürəm. Bir-iki nəfər ortaya düşmüşdü. O da şəxsi narazılıq olub.
- Nəyi nəzərdə tutursunuz?
- Bunu özlərindən soruşun. Həmin şəxslərin böyük əksəriyyəti 15 ildir partiyaya üzvlük haqqı vermir.
- Qurultayda YAP-ın rəhbərliyinə yeni şəxsin gətirilməsi mümkündürmü?
- Bu, qurultayın və sədrin qərarından asılıdır.
- Qurultay harada keçiriləcək?
- Bakının “Buta” sarayında.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
|