DİNDAR MƏHBUSUN HƏYATI TƏHLÜKƏDƏ
Tarix: 6-06-2013, 10:23 |
Çap et
BUNUNLA BAĞLI HƏYƏCAN TƏBİLİ ÇALINDIHəbsdə olan islamçıların hüquqlarını müdafiə edən ictimai komitənin sədri Natiq Kərimov prezidentə, parlament sədrinə, ombudsmana müraciət edib. O yazır ki, Astara rayonundan olan ruhani, 2011-ci ilin yanvar ayında ağır ittihamlarla həbs edilən Rufulla Axundzadə ürək çatışmazlığı xəstəliyinə məruz qalıb: “Xəstəliyinin əsas səbəbi günahı olmadan həbsi və buna görə keçirdiyi mənəvi sarsıntıdır. Hazırda Rufulla Axundzadənin fiziki durumu kritik həddədir. O, həbsxanada miokard infarktı keçirərək müalicə müəssisəsinə köçürülüb. Həkimlərin səylərinə baxmayaraq Rufulla Axundzadənin vəziyyəti pisləşməyə doğru gedir.
Bu gün bir faciə qarşısındayıq. Bir ailənin, bir elin sizlərdən böyük gözləntisi var. Rufulla Axundzadənin yaşamaq hüququ tanınmalı və təmin olunmalıdır. Onun ailəsinə qovuşmasından ötrü təxirəsalınmaz tədbirlərin görülməsini vacib hesab edir və sizləri bu məsələnin həllindən ötrü zəruri addımlar atmağa çağırırıq”.