"QALMAQALA QOŞULMURAM" DEDİ...
Tarix: 11-06-2013, 11:06 |
Çap et
...AMMA TƏRƏF TUTDUƏməkdar artist Elza Seyidcahan adının xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşova arasındakı qruplaşmada hallanmasına əsəbiləşib.
O, Axşam.az saytına açıqlamasında heç kimin tərəfini tutmadığını, yalnız istedada qiymət verdiyini deyib:
“Bu cür qruplaşmalarda adımın hallanmasını istəmirəm. Çünki heç bir qalmaqalın tərəfdarı deyiləm. Brilliant xanımla uzun müddətdir davam edən tanışlığımız, dostluğumuz var. Onun sənətini sevirəm. Çox əqidəli biridir. Sənətkara, istedada qiymət verir. Digərləri kimi istedad görəndə başından vurmağa çalışmır. Mən hələ əməkdar artist olmayanda Brilliant xanım yanımda idi, məni dəstəkləyirdi. Buna görə onun haqqında hər zaman müsbət fikirdəyəm. Bunu qruplaşma kimi yozmasınlar”.
Elza Seyidcahan meyxanaçılarla bağlı layihəsindən də danışıb:
“Artıq “Tapmaca” mahnıma cavab olan meyxanalar alıram. İçərisində diqqətimi çəkənlər var. Konsert avqust ayında baş tutacaq. Ümumiyyətlə, böyük layihələrimin hamısını payız aylarına saxlamışam. Hazırda isə yeni duetlər və mahnılar yazdırıram. Son vaxtlar qadın sənətçilərimizdən çox duet təklifi almışam. Yaxın günlərdə mahnılarımdan birinə klip də çəkdirəcəyəm”.