MƏLEYKƏ ƏSƏDOVA PİRDƏ DAVA SALDI
Tarix: 14-06-2013, 11:02 |
Çap et
Xalq artisti Məleykə Əsədova ona etimad göstərilmiş fəxri addan sui-istifadə etməyə cəhd edib.
Nardaranda yerləşən Xanım Rəhimənin pirini ziyarətə gedən aktrisa məkana ayaqqabı ilə daxil olmaq istəyib. Bu barədə FaktXəbər-ə Nardaran sakinləri məlumat veriblər.
Pirin işçiləri bunu görərək, xalq artistindən ayaqqabılarını soyunmağı xahiş ediblər.
Məlum məsələdir ki, yaşından, titulundan asılı olmayaraq, hər kəs hörmət əlaməti olaraq bu cür yerlərə daxil olarkən, ayaqqabılarını soyunur.
Lakin Əsədova ayaqqabılarını soyunmaqdan nəinki imtina edib, hətta buna səbəb olaraq ona yaraşmayan absurd fikir söyləyib.
O, pirin işçilərinə “mən xalq artistiyəm, mənə ayaqqabı ilə girmək olar”, - deyərək, ziyarətgaha soxulmaq istəyib.
Amma pirin işçiləri ona icazə verməyərək, həddini bildiriblər. Bundan qeyzlənən xalq artisti “mən bir də bu pirə gəlməyəcəm”, - deyərək, əsəblə oranı tərk edib.