RUSİYA POLİQONUNDAKI YANĞINI SÖNDÜRƏ BİLMİRLƏR
Tarix: 19-06-2013, 10:44 |
Çap et
YANĞIN 3 GÜN DAVAM EDƏCƏKRusiyanın Samara vilayətindəki Privoljsk hərbi poliqonunda yanğın üç sutka davam edə bilər. “Lenta.ru” saytının bu səhər yaydığı məlumata görə, poliqona yaxın ərazidən 6 min 500 nəfər müvəqqəti köçürülüb. 31 nəfərin xəsarət aldığı, xeyli evin və başqa tikilinin zərər gördüyü bildirilir. Samara-Volqoqrad şosesinin bir hissəsi bağlanıb.
13 milyon ədəd artilleriya sursatının saxlandığı poliqonda yanğın iyunun 18-i axşamdan başlayıb. Hər 10-15 dəqiqədə partlayış qeydə alınır. Yanğını cilovlamağa aviasiya da cəlb olunub. \ "Media forum" \