PREZİDENTİN İQAMƏTGAHI YANDI
Tarix: 21-06-2013, 11:24 |
Çap et
YANĞIN SƏHƏRƏ YAXIN SÖNDÜRÜLÜBİyunun 21-nə keçən gecə Latviya paytaxtı Riqada prezidentin rəsmi iqamətgahında yanğın baş verib. “Media forum” saytı bildirir ki, yanğın əsaslı təmir aparılan binanın 3 min 200 kvadratmetr sahəsini dağıdıb. Yanğın iyunun 21-də səhər yaxın söndürülüb.
Son məlumatlara görə, iqamətgahın əsasən damına zərər dəyib, 2 min 400 kvadratmetr dam örtüyü tamamilə yanıb. Binanın dördüncü mərtəbəsində 600, üçüncü mərtəbədə isə 200 kvadratmetr sahə yararsız hala düşüb.
Latviya prezident iqamətgahda təmir işləri getdiyinə görə dövlət başçısı Riqada “Çyornoqolovı evi”ndə işləyirdi.