RƏQSANƏNİN QIZI BİZNESƏ GİRİŞİR
Tarix: 27-06-2013, 11:02 |
Çap et
Müğənni Rəqsanənin qızı Aysun Bakıda moda nümayişi keçirəcək.
Axşam.az-ın məlumatına görə, sənətçi bildirib ki, dəfilə Ramazan ayı ərəfəsində baş tutacaq.
O, Aysunun indiyədək 40 geyim hazırladığını bildirib:
“Nümayişdə ümumilikdə 101 geyim təqdim ediləcək. Mərasim böyük məkanlardan birində keçiriləcək. Tədbirə Ukrayna, Rusiya və Türkiyədən qonaqlar dəvət olunacaq. Əvvəl Türkiyədən və Rusiyadan modellər dəvət etməyi düşündük. Amma bu, baha başa gəlirdi. Bizim modellər isə paltarı pis gündə nümayiş etdirirlər. Qərara gəldik ki, model tipli gözəl xanımlar tapaq. Çox səviyyəli bir tədbir planlaşdırırıq”.