BU ADAMI EFİRƏ BURAXANDADIR GÜNAH...
Tarix: 1-07-2013, 14:21 |
Çap et
YƏQİN CƏNABİ-MTRŞ ÖZ SÖZÜNÜ DEYƏCƏKMüğənni Nadir Qafarzadə ANS-in “Kökaltı” proqramında əsəblərini cilovlaya bilməyib.
Publika.Az-ın məlumatına görə, müğənni istirahət zamanı ona mane olan insanlardan danışıb və söyüş söyməkdən özünü saxlaya bilməyib.
“Bu günlərdə ailəmlə bərabər Türkiyədə dincəlirdik. Çimərlik geyimində idik. Gəlib şəkillərimizi çəkməyə başladılar. Nə qədər xahiş etsəm də, bizdən əl çəkmədilər. Axırda həyat yoldaşım da işə qarışıb xahiş etməli oldu. Buna məhəl qoymadıqlarını görüb “ay heyvan, əl çəkin də” - deyib onların üstünə qışqırdım. Adlarını tanıdıqları üçün dərhal geri çəkildilər. Heyvandırlar axı”.
Verilişdə müğənni xalq artistlərinin ünvanına kobud fikirlər də səsləndirib.