PA ŞEFİ SEÇKİ ƏRƏFƏSİNDƏ HANSI ADDIMI ATACAQ?
Tarix: 3-07-2013, 12:49 |
Çap et
RAMİZ MEHDİYEV RUSİYANIN ÇEVRİLİŞ PLANINDA BAŞ ROLU İFA EDƏCƏK
DİA.AZ: - «Prezident seçkiləri ərəfəsində hakimiyyət daxilində ciddi parçalanma olacaq». Bu şok məlumatı DİA.AZ-a ötürən hökumət içindəki qaynaq iddia edir ki, əslində bu parçalanmanın simptomları indidən görünməkdədir:
«Amma hələ də müəyyən toqquşmaların ictimailəşməməsi üzündən baş verən proseslə bağlı ümumi real qənaət formalaşa bilmir. Seçkilərə az müddət qalmış isə daxildəki gərginlik kənara püskürəcək».
Konkret olaraq bu gün hakimiyyətdə Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin və onun şəbəkəsinin hansısa mühüm bir dönəmin tədarükündə olduğunu bildirən mənbəmiz onu da əlavə etdi ki, bu qüvvələrin seçkilərə az müddət qalmış Kremlin tapşırığı ilə müxtəlif oyunlara getməsi gözləniləndir:
«Ramiz Mehdiyev Rusiyanın tapşırıqları ilə hərəkət edir. Onun sıradan çıxarılması prosesinin qarşısı da məhz Kremlin Bakıya etdiyi təzyiqlərin ardından alınmış oldu. Ramiz Mehdiyevi sonna qədər qoruyan Rusiya eyni zamanda müxalifət düşərgəsi ilə bağlı həyata keçirdiyi planlarının Azərbaycanda hakimiyyət dəyişikliyi ilə nəticələnməsi üçün Ramiz Mehdiyev şəbəkəsinə həmin təlimatı yüzə yüz verəcək».
Mənbəmiz onu da bildirdi ki, əslində Rüstəm İbrahəimbəyovla bağlı siyasət PA rəhbərinin də iştirakçısı olduğu və rus polittexnoloqların müəlliflik etdiyi planın tərkib hissəsidir.