BƏŞƏR ƏSƏDƏ SÜLH TƏKLİF OLUNDU
Tarix: 8-07-2013, 11:29 |
Çap et
SURİYA SAVAŞINDA RAMAZAN TƏTİLİSuriya müxalifəti ölkə prezidenti Bəşər Əsəd qoşununa müsəlmanların müqəddəs Ramazan bayramı zamanı atəşkəs təklif edib.
SalamNews-un RBK-ya istinadla verdiyi xəbərə görə, Reuters agentliyi bu barədə Suriya İnqilab və Müxalifət Qüvvələri Koalisiyasının (SİMQK) yeni seçilmiş rəhbərinin bəyanatını yayıb.
Hazırda Xümsdə qiyamçıların beş ildir apardığı döyüşlər davam etdirilir. İyulun 5-də Xüms istiqamətində hərəkətə keçən hökumət qoşunları şəhəri qiyamçılardan almağa çalışırlar. Ötən gün onlar Khaldeh rayonunu zəbt etməyə müvəffəq olublar.
Qeyd edək ki, son vaxtlar Suriyanın hökumət qoşunları fəal əməliyyatlar həyata keçirərək son bir il ərzində qiyamçılar tərəfindən işğal edilmiş bəzi əraziləri geri qaytarıblar.
Milli koalisiya qondarma Suriya müxalifətinin bir hissəsidir. Onların bir çox üzvləri hələ “ərəb baharı” hadisələrinə qədər ölkədən deportasiya edilib. Sözügedən qrup qərb ölkələri və Fars körfəzi monarxiyalarının dəstəyindən istifadə edir. Bir sıra silahlı qiyamçı qruplaşmalar özlərini bu qrupa aid edir.
Bildirək ki, Rusiya SİMQK-nı Suriya qeyri-hökumət qüvvələrinin vahid təmsilçisi kimi tanımır.