FAZİL MƏMMƏDOV AĞIR FORMADA XƏSTƏLƏNİB
Tarix: 9-07-2013, 14:06 |
Çap et
VERGİLƏR NAZİRİNİN HƏTTA VƏZİFƏSİNİ İCRA EDƏ BİLMƏDİYİ SÖYLƏNİLİR
DİA.AZ: - Bir ara ağır xəstə olması barədə xəbərləri yayılan Vergilər Naziri Fazil Məmmədovun səhhətində yenidən problemlər yaranıb. Redaksiyamıza məlumat verən mötəbər mənbənin bildirdiklərindən belə aydın olur ki, Fazil Məmmədov hətta vəzifəsini belə icra edə bilməyəcək həddə ağır xəstədir.
Bu məlumatın cəmiyyətdən gizli tutulduğunu bildirən mənbə DİA.AZ-a açıqlamasında onu da əlavə etdi ki, artıq Fazil Məmmədovun istefaya göndərilməsi məsələsi aktuallaşıb:
«Bu məsələ müzakirə olunub. Ola bilsin ki, Fazil Məmmədov yaxın vaxtlarda istefaya göndərilsin. Hələlik müzakirə gedir. Amma alternativ variantlar da ola bilər».
Mənbəmiz onu da bildirdi ki, Fazil Məmmədovun yerinə də gənc kadrın təyinatı nəzərdə tutulub. Xatırladaq ki, bu günlərdə vəzifəsindən alınan Misir Mərdanovu 37 yaşlı gənc əvəzləyib ki, bu da hakimiyyətin gəncləşdirmə siyasəti ilə əlaqələndirilir.